Icma.az
close
up
RU
Uşaqların sosial şəbəkələrdən istifadəsi QADAĞAN OLUNUR?

Uşaqların sosial şəbəkələrdən istifadəsi QADAĞAN OLUNUR?

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Dünyanın bir sıra ölkələrində sosial şəbəkələrlə bağlı ayrı bir qanun layihəsi var. Burada söz və fikir azadlığının məhdudlaşdırılması nəzərdə tutulmur. Sadəcə sosial şəbəkələrdəki mənfi halların, qeyri-etik kontentlərin, bəzi istifadəçilərin insanların  şərəf və  ləyaqətinə toxunması və s. problemlərinə toxunulur. Məsələn, İspaniyada 2024-cü ildə qüvvəyə minmiş qanuna görə blogerlər paylaşdıqları reklamı sponsorlu məzmunu  açıq olaraq qeyd etməlidir. Bu da onun üçün əhəmiyyətlidir ki, istifadəçilər məhsulun reklam olduğunu görür.   Həmçinin, “Azyaşlıların Rəqəmsal Mühitdə Qorunması Haqqında” Qanun layihəsinə görə 16 yaşdan kiçik şəxslər yalnız valideynlərinin razılığıyla sosial şəbəkədən istifadə edə bilərlər.


Qeyd edək ki, Türkiyədə də 2024-cü ildə  sosial media ilə bağlı bir neçə qanun dəyişiklikləri həyata keçirilib.

Maraqlıdır, ölkəmizdə azyaşlıların sosial şəbəkədən mənfi təsirlənməməsinin, qeyri-etik kontentlərin qarşısını ala biləcək qanun layihəsi hazırlana bilər?

Sfera.az xəbər verir ki, Bizim.Media məsələylə bağlı deputat Fazil Mustafanın fikirlərini öyrənib. Millət vəkili deyir ki,  sosial şəbəkələr haqqında qanun ona görə qəbul olunmayıb ki, bunun tənzimlənmə mexanizmi real deyil.

“Çünki bu sosial şəbəkənin mənbəyi bizdə deyil. Mediaya hər hansı bir şəkildə nəzarət oluna bilir, yaxud mənbə qeydiyyatdan keçməklə müəyyən olunur. Hesab edirəm ki, bu məsələdə dəqiq tənzimlənmə olsun deyə mövzuya fərqli bir yanaşma  ortaya qoya bilmərik. Ona görə də bunu real münasibətlər kimi tənzimləməyi bacarmalıyıq. Bu baxımdan mediada bu istiqamətdə müəyyən müddəalar var və sosial şəbəkə məsuliyyətsizliyi elə də yol verilən məsuliyyətsizlik deyil. Buna da qarşı qanunun müəyyən müddəları işləyir.
 

Amma ayrıca  qanunun qəbul edilməsi gələcəyin məsələsidir. Əlbəttə, sosial şəbəkə elə bir fenomenal hadisədir ki, materialları mütləq cinayət işinin, inzibati işin predmeti olursa, tənzimlənmə həyata keçirilməlidir’,-deyə Fazil Mustafa bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:343
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 May 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri