Icma.az
close
up
RU
Uşaqlarınızda bu əlamətlər varsa, həkimə aparın Yoxsa kar qala bilər

Uşaqlarınızda bu əlamətlər varsa, həkimə aparın Yoxsa kar qala bilər

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Uşaq adını eşitmədikdə reaksiya vermirsə, televizoru daha uca səsə qoymağı xahiş edirsə və ya tez-tez qulaqlarına toxunursa, bu, eşitmə ilə bağlı problemin göstəricisi ola bilər".

Milli.Az xəbər verir ki, bunu otorinolarinqoloq Lüdmila Caparidze deyib. O, uşaqlarda eşitmə problemlərinin bəzən valideynlər tərəfindən dərhal hiss edilmədiyini bildirib.

Həkimin sözlərinə görə bəzi ilkin əlamətlər diqqətdən qaça bilər. Məsələn, uşaq adını eşitmədikdə reaksiya vermirsə, televizoru daha uca səsə qoymağı xahiş edirsə və ya tez-tez qulaqlarına toxunursa, bu, eşitmə ilə bağlı problemin göstəricisi ola bilər.

Caparidze qeyd edib ki, uşaqlarda eşitmənin zəifləməsinin ən çox rast gəlinən səbəblərindən biri qulaqda yaranan kükürd tıxacıdır. O bildirib ki, quru və isti hava şəraitində kükürd bərkiyir və qulaq yolundan təbii şəkildə çıxmır, nəticədə eşitmə zəifləyə bilər.

Bəzən problem tıxacdan yox, eksudativ otit adlanan vəziyyətdən qaynaqlanır. Bu hal adətən virus infeksiyasından sonra və ya böyümüş adenoidlər zamanı yaranır. Qulaq pərdəsinin arxasında maye yığılır və səsin keçməsinə mane olur, sanki uşaq suyun içindən eşidirmiş kimi hiss olunur. Əgər bu maye uzun müddət qalarsa, eşitmə itkisi davamlı ola bilər.

Həkim valideynlərə uşaqların davranışına diqqət yetirməyi tövsiyə edib. Əgər uşaq tez-tez təkrar soruşursa, cizgi filmlərinin səsini artırırsa və ya yan tərəfdən gələn səslərə reaksiya vermirsə, onu LOR müayinəsinə aparmaq lazımdır. Cəmi bir neçə dəqiqəlik müayinə eşitmə pozğunluqlarını vaxtında aşkar etməyə kömək edir.

Caparidze əlavə edib ki, valideynlər problemi özbaşına həll etməyə çalışmamalıdır. Qulaqdakı kükürd tıxacını düzgün olmayan üsulla çıxarmaq qulaqda iltihaba və ya zədələnməyə səbəb ola bilər. Buna görə bu iş mütləq mütəxəssisə həvalə edilməlidir.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Noyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri