Icma.az
close
up
RU
Uşaqlarınızda bu əlamətlər varsa, həkimə aparın Yoxsa kar qala bilər

Uşaqlarınızda bu əlamətlər varsa, həkimə aparın Yoxsa kar qala bilər

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

"Uşaq adını eşitmədikdə reaksiya vermirsə, televizoru daha uca səsə qoymağı xahiş edirsə və ya tez-tez qulaqlarına toxunursa, bu, eşitmə ilə bağlı problemin göstəricisi ola bilər".

Ölkə.az xəbər verir ki, bunu otorinolarinqoloq Lüdmila Caparidze deyib. O, uşaqlarda eşitmə problemlərinin bəzən valideynlər tərəfindən dərhal hiss edilmədiyini bildirib.

Həkimin sözlərinə görə bəzi ilkin əlamətlər diqqətdən qaça bilər. Məsələn, uşaq adını eşitmədikdə reaksiya vermirsə, televizoru daha uca səsə qoymağı xahiş edirsə və ya tez-tez qulaqlarına toxunursa, bu, eşitmə ilə bağlı problemin göstəricisi ola bilər.

Caparidze qeyd edib ki, uşaqlarda eşitmənin zəifləməsinin ən çox rast gəlinən səbəblərindən biri qulaqda yaranan kükürd tıxacıdır. O bildirib ki, quru və isti hava şəraitində kükürd bərkiyir və qulaq yolundan təbii şəkildə çıxmır, nəticədə eşitmə zəifləyə bilər.

Bəzən problem tıxacdan yox, eksudativ otit adlanan vəziyyətdən qaynaqlanır. Bu hal adətən virus infeksiyasından sonra və ya böyümüş adenoidlər zamanı yaranır. Qulaq pərdəsinin arxasında maye yığılır və səsin keçməsinə mane olur, sanki uşaq suyun içindən eşidirmiş kimi hiss olunur. Əgər bu maye uzun müddət qalarsa, eşitmə itkisi davamlı ola bilər.

Həkim valideynlərə uşaqların davranışına diqqət yetirməyi tövsiyə edib. Əgər uşaq tez-tez təkrar soruşursa, cizgi filmlərinin səsini artırırsa və ya yan tərəfdən gələn səslərə reaksiya vermirsə, onu LOR müayinəsinə aparmaq lazımdır. Cəmi bir neçə dəqiqəlik müayinə eşitmə pozğunluqlarını vaxtında aşkar etməyə kömək edir.

Caparidze əlavə edib ki, valideynlər problemi özbaşına həll etməyə çalışmamalıdır. Qulaqdakı kükürd tıxacını düzgün olmayan üsulla çıxarmaq qulaqda iltihaba və ya zədələnməyə səbəb ola bilər. Buna görə bu iş mütləq mütəxəssisə həvalə edilməlidir.(milli.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Noyabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri