Icma.az
close
up
RU
Uşaqlarınızın süd dişlərini atmayın! İnanılmaz SƏBƏB

Uşaqlarınızın süd dişlərini atmayın! İnanılmaz SƏBƏB

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Müasir tibbin gündəmində kök hüceyrələri aktuallığını qorumaqdadır.

Kök hüceyrə dedikdə, bədəndə mövcud olan sadə dil ilə desək yetişməmiş (yetkinləşməmiş) hüceyrənin inkişaf edərək digər hüceyrə növlərinə (məsələn, əzələ, sümük iliyi, qan, göz, dəri, sinir və s.) çevrilə bilən növüdür. Bu hüceyrələrin ən böyük əhəmiyyəti onun vasitəsilə aşağıda adı çəkilən ciddi və müalicəsi sual altında olan bir sıra xəstəlikləri müalicə etmək mümkünlüyüdür: şəkərli diabet, Parkinson xəstəliyi, Altsaymer xəstəliyi, osteoartrit, insult, onurğa beyni xəstəlikləri, ürək infarktı, xərçəng, keçəllik, dişlərin, görmə və eşitmə qabiliyyətinin bərpası, yaraların sağaldılması, kişi sonsuzluğu.

Alimlərin araşdırmalarına görə kök hüceyrələr ən çox körpənin cift və göbək ciyəsi qanında toplanır. Müəyyən müddətə qədər kök hüceyrələrin yalnız qanda olduğu düşünülürdü. Lakin 2003-cü ilə uşaq stomatoloqu Dr. Songtao Shi təsadüfi bir şəkildə uşaqların süd dişlərində aşkar etdi. Bundan sonra dental kök hüceyrəsi anlayışı yarandı. Baxmayaraq ki, cift qanı ilə müqayisədə süd dişində kök hüceyrələrin sayı cüzidir, dental kök hüceyrəsi bankının verdiyi məlumata görə hüceyrə terapiyası üçün lazım olan minimum kəmiyyət-1 milyon hüceyrəni həmin süd dişi kök hüceyrələrinin çoxaldılması yolu ilə almaq mümkündür. Qeyd edək ki, cift qanında kök hüceyrələri milyonlarla olduğu halda, süd dişində onların sayı təxminən yüzdür.

Kök hüceyrələrin bu qədər faydasından yararlanmaq üçün müəyyən tibbi sistemə ehtiyac var. Belə ki, kök hüceyrəsinin hər iki mənbədən-cift qanı və süd dişi saxlanılması üçün cift qanı və dental kök hüceyrə bankına ehtiyac var. Bu hüceyrələr canlı olduğundan orqanizmi tərk edəndən qısa müddət sonra düzgün mühitdə və temperaturda saxlanılmalıdır. Alimlər qeyd edir ki, diş kök hüceyrələrini bankda 20 ilə qədər saxlamaq olar və müəyyən xəstəliklərin müalicəsində istifadə etmək mümkündür. Yaradanın kök hüceyrələrinə verdiyi əsas üstünlüklərindən biri də ondadır ki, bu hüceyrə təkcə öz yiyəsinə deyil, yiyəsinin bütün yaxın qan qohumlarına xüsusən, valideynlərinə və bacı-qardaşlarına uyğun olub onların müalicəsində istifadə edilə bilər.

Yeri gəlmişkən 2007-ci ildə , Professor Peter Hartmann və Dr. Mark Cregan komandası ilə birlikdə ilk dəfə olaraq ana südündə kök hüceyrələrini aşkar etmişdirlər. Dr. Foteini Kakulas 2012-ci ildə bu kəşfi araşdıraraq qeyd etmişdir ki, ana südündə mövcud olan kök hüceyrələr bir başa sümük, piy, qaraciyər, beyin və mədəaltı vəzi hüceyrələrinə çevrilmək qabiliyyətinə malikdir.  Həmçinin gənc alim ana südü kök hücerələrinin regenerativ tibb üçün mənbə olaraq istifadəsinin mümkünlüyünü qeyd edir.

Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir neçə cift və dental kök hüceyrələri bankları mövcuddur. Bu banklarda qeydiyyat keçmək istəyən ailə müəyyən qeydiyyat məbləği ödədikdən sonra illik saxlanma haqqı ödəməli olur. Ümid edirik ki, yaxın gələcəkdə bu cür banklar vətəminizdə sosial təbəqəsindən asılı olmayaraq bütün insanların ixtiyarında olacaqdır. Bu addım gələcəkdə milyonlarla insanın həyatını xilas etməyə səbəb olacaqdır.

Hazırladı: Səltənət Zülfüqarova

Vib.az

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 04:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri