Icma.az
close
up
RU
Uşaqlı analara ŞAD XƏBƏR: Qısa iş saatı tətbiq oluna bilər…

Uşaqlı analara ŞAD XƏBƏR: Qısa iş saatı tətbiq oluna bilər…

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uşaqlı qadınlar üçün qısa iş saatının tətbiqi dünya təcrübəsində mövcuddur və bu mexanizm bir sıra ölkələrdə uğurla həyata keçirilir. Maraqlıdır, ölkəmizdə uşaqlı qadınlar üçün qısa iş saatı tətbiq edilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, xüsusilə Skandinaviya ölkələri, Fransa və bəzi digər Avropa dövlətlərində analar üçün 6 saatlıq iş qrafiki tətbiq olunur.

Onun sözlərinə görə, bəzi modellərdə isə qadınların tam maaş alması üçün işləmədiyi iki saat dövlət tərəfindən subsidiyalaşdırılır. Bu yanaşmanın əsas məqsədi əmək bazarında işçi axınının qarşısını almaq və demoqrafik vəziyyəti yaxşılaşdırmaqdır.

“Asiya və Avropa ölkələrinin bir çoxunda ciddi demoqrafik problemlər mövcuddur. Bir sıra dövlətlərdə doğulanların sayı ölənlərin sayından azdır. Bu səbəbdən dövlətlər qadınların ailə və karyera arasında seçim etmək məcburiyyətində qalmaması üçün stimullaşdırıcı mexanizmlər tətbiq edirlər. Məqsəd qadınların həm işləməsinə, həm də uşaq dünyaya gətirməsinə şərait yaratmaqdır”, – deyə ekspert vurğulayıb.

Asif İbrahimov qeyd edib ki, hazırda Azərbaycan qanunvericiliyində analıq məzuniyyəti və uşağın 3 yaşına qədər ödənişsiz məzuniyyət nəzərdə tutulur. Lakin bu mexanizm sosial ədalət prinsiplərinə tam cavab vermir:

“Ödənişsiz məzuniyyət qadını faktiki olaraq əmək bazarından kənarlaşdırır. Sosial ədaləti təmin etmək üçün dünyada tətbiq olunan müasir təcrübələr ölkəmizdə də nəzərdən keçirilməlidir”.

Ekspertin sözlərinə görə, Azərbaycanda da demoqrafik vəziyyət narahatlıq doğurur. Belə ki, son 50 ildə doğum göstəriciləri ən aşağı səviyyəyə düşüb:

“Bu, artıq həyəcan siqnalıdır. Qanunvericilikdə uşaqlı qadınlar üçün qısa iş saatı və dövlət dəstəyi mexanizmlərinin tətbiqi daha məqsədəuyğun olardı”, – deyə Asif İbrahimov əlavə edib.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Dekabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see237

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see236

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see234

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see227

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see195

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see188

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see181

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see168

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see166

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see162

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see160

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see159

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see153

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see153

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see152

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see148

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri