Icma.az
close
up
RU
Uşaqlığımızın İsmayılı

Uşaqlığımızın İsmayılı

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ürəkləri dağlayan, son illiklərin ən təsirli filmlərindən olan "Fəryad" filminə baxmısınızmı?! Çətin ki, bu filmə dönə-dönə baxmayanlar olmasın. Həmin filmdə baş obrazı canlandıran aktyor uşaqlıq illərimizin ən sevimli kinolarından olan "Ögey ana" filmində İsmayıl rolunu canlandıran, rolları ilə geniş tamaşaçı məhəbbəti qazanmış Xalq artisti Ceyhun Mirzəyevdir.

İncəsənətin bir sahəsi kimi kino insanlara daha yaxındır. Tanıdığım elə insanlar var ki, az qala baxmadıqları, hətta sözlərini əzbər bilmədikləri filmlər yoxdur.

Hər bir kino aktyoru da filmlərdə canlandırdığı obrazlarla yaşayır, tamaşaçıların ömürlük yaddaşına köçür.

Ceyhun Mirzəyev kino sahəsinə 11 yaşında gəlib. Rejissor tapıntısı olan 11 yaşlı Ceyhun ilk rolunun öhdəsindən uğurla gəldi. İlk debütündə nə Ceyhunun, nə də filmdə ona rol təklif edənlərin ağılına belə gələrdi ki, bu obrazla Ceyhun Mirzəyevin gələcək sənət taleyi həll olunacaq.

Cəmi bir il sonra Ceyhun Mirzəyev həmin illərdə populyarlıq qazanmış "Ögey ana" filmində rol aldı. Yaşıdlarından fərqli olaraq, Ceyhun Nəsibə Zeynalova, Nəcibə Məlikova və bir çox artıq tanınmış aktyorlarla bir meydanda filmə çəkilirdi. Bu filmdə canlandırdığı İsmayıl obrazı ona əsl şöhrət gətirdi. Tamaşaçılar İsmayılı - Ceyhunu sevdilər, onu alqışladılar. 12 yaşlı Ceyhun Mirzəyev ilk tamaşaçı məhəbbətini belə qazanmışdı.

Kino, hələ 11 yaşında sənət aləminə qədəm qoyan Ceyhun Mirzəyevin həyatının mühüm bir parçasına çevrilmişdi.

Hərdən düşünürəm ki, "Görüş" filmini çəkən rejissor Ceyhun Mirzəyevi kəşf etməsəydi, yəqin ki, kinomuz çox şey itirəcəkdi. Nə yaxşı ki, yerinə düşən, insanın gələcək həyat yolunu həll edən xoş təsadüflər var.

Ceyhun da çox erkən yaşında canlandırdığı bu iki obrazla sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda aktyorluq sənətinə yiyələnsə də, bir daha dərk etdi ki, o, başqa bir sahədə çalışa bilməz. Kino artıq onun həyatının ayrılmaz bir hissəsi idi.

Həm kinorejissor, həm rejissor assisenti kimi çalışan Ceyhun Mirzəyev artıq sənətdə sözünü demiş aktyor kimi filmlərə də çəkilirdi. O, "Bakıda küləklər əsir", "Cazibə qüvvəsi", "Dəli Kür", "Yenilməz batalyon",  "İşarəni dənizdən gözləyin", "Ən vacib müsahibə" filmlərində yaratdığı obrazlarla adını əbədi olaraq kino tariximizə yazdı.

Məşhur "Fəryad" filmində yaratdığı obraz isə Ceyhun Mirzəyev sənətinin, mən deyərdim ki, zirvəsi oldu. Bu filmə baxmayan, filmdəki ağrı-acıları yaşamayan yəqin ki, az adam olar.

Qarabağ müharibəsi illərindən bəhs edən bu filmə sakitcə baxmaq olmur. Xüsusilə yaralanaraq əsir düşmüş Azərbaycan əsgərinin - Ceyhunun canlandırdığı obrazın iztirabları, ona verilən əzablar tamaşaçıların qəlbini parçalayır.

Bu filmdə böyük rejissor əməyi var, aktyor heyəti uğurlu seçilib, xüsusilə erməni vandallarının insanlığa sığmayan vəhşiliyi bütün çılpaqlığı ilə ortaya qoyulub. Tamaşaçılar Ceyhunun ifasında edilən zülmlərə mərdliklə sinə gərən Azərbaycan əsgərinin obrazını görürlər.

"Fəryad", peşəkar aktyor kimi Ceyhun Mirzəyevin rol aldığı son film idi. Bu filmdə yüksək peşəkarlıqla yaratdığı obraza görə "Humay" mükafatına layiq görülmüşdür.

Qəfil ürək tutmasından vəfat edən aktyor cəmi 47 il ömür sürdü. Bu ömrün sənətə həsr etdiyi 35 ilində yaratdığı obrazlarla o, bu gün də bizimlədir.                                              

Fuad BİLƏSUVARLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Aprel 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri