Icma.az
close
up
RU
Uşaqlıq travması insanın dünyaya baxışını formalaşdırır PSİXOLOQ DANIŞDI

Uşaqlıq travması insanın dünyaya baxışını formalaşdırır PSİXOLOQ DANIŞDI

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Uşaqlıq travması son illərdə tez-tez istifadə olunan anlayışlardan biridir. Lakin bu termin yalnız çətin və ya xoşagəlməz uşaqlıq xatirələrini deyil, uşağın psixikasına dərin və uzunmüddətli təsir göstərən emosional zədələnməni ifadə edir. Psixoloji baxımdan uşaqlıq travması, uşağın yaşına və emosional inkişaf səviyyəsinə uyğun olmayan, onun özünü təhlükəsiz və dəyərli hiss etməsinə mane olan hadisələr və ya uzunmüddətli mənfi mühit nəticəsində formalaşır".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, travma yalnız böyük və dramatik hadisələrlə məhdudlaşmır: "Fiziki və ya emosional zorakılıq, valideynlərin laqeydliyi, davamlı tənqid, sevgi və diqqət çatışmazlığı, ailədaxili münaqişələr, boşanma, itki, qorxu mühiti və ya uşağın özünü daim dəyərsiz hiss etdiyi bir atmosfer də travmatik təsir yarada bilər. Əsas məsələ hadisənin obyektiv böyüklüyü deyil, uşağın onu necə yaşaması və bunun onun daxili dünyasında hansı hissləri formalaşdırmasıdır. Uşaqlıq travması olan uşaqlar çox vaxt qorxu, tərk edilmə hissi, güvənsizlik, dəyərsizlik və ya sevgi üçün daim mübarizə aparmaq kimi emosiyalarla böyüyürlər. Bu hisslər zamanla onların şəxsiyyət formalaşmasına təsir edir və yetkin yaşda müxtəlif psixoloji çətinliklərə səbəb ola bilər. Belə insanlar münasibətlərdə həddindən artıq asılı və ya əksinə, emosional olaraq uzaq ola bilər, tənqidə həssas reaksiya verə bilər, özünə inamsızlıq, narahatlıq, depressiv əhval, güclü günahkarlıq hissi və ya davamlı stress yaşaya bilərlər.

Uşaqlıq travmasının mühüm xüsusiyyətlərindən biri də onun şüuraltı təsiridir. İnsan bəzən bugünkü reaksiyalarının və davranışlarının səbəbini anlamır, lakin keçmişdə yaşadığı emosional təcrübələr onun düşüncə və davranış modellərini formalaşdırmış olur. Məsələn, uşaqlıqda tez-tez tənqid olunan bir insan yetkinlikdə mükəmməlliyyətçilik və ya səhv etmək qorxusu ilə yaşaya bilər. Bununla belə, uşaqlıq travması həyatın dəyişməz hökmü deyil. Psixologiyada ən vacib anlayışlardan biri psixoloji elastiklikdir. İnsan psixikası uyğunlaşma və sağalma qabiliyyətinə malikdir. Travmanın təsirini azaltmaq və ya aradan qaldırmaq üçün psixoloji dəstək, psixoterapiya, özünü tanıma prosesi, sağlam münasibətlər və emosional təhlükəsizlik mühiti mühüm rol oynayır. Travmanın fərqinə varmaq və onu inkar etməmək sağalma prosesinin ilk addımı hesab olunur.

Valideynlər və cəmiyyət üçün də əsas mesaj ondan ibarətdir ki, uşağın emosional ehtiyacları fiziki ehtiyacları qədər vacibdir. Sevgi, diqqət, dinlənilmək, təhlükəsizlik hissi və qəbul olunmaq uşağın sağlam psixoloji inkişafının əsasını təşkil edir. Uşaqlıq travması sadəcə keçmişdə baş vermiş hadisə deyil, insanın özünə, dünyaya və münasibətlərə baxışını formalaşdıran dərin emosional təcrübədir. Lakin düzgün dəstək və psixoloji iş vasitəsilə bu təcrübənin mənfi təsirlərini azaltmaq və daha sağlam, balanslı həyat qurmaq mümkündür".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Fevral 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see487

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see482

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see395

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see388

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see364

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see357

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see348

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see347

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see344

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see322

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see298

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see292

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see242

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see239

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see236

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see221

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see216

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see206

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri