Uşaqlıq travması: Bütün çətinlikləri ona bağlamaq olarmı? PSİXOLOQ
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
“Bəzən insanlar arasında dəqiq aydınlaşdırılmadığından çox şeyi travmaya bağlayırlar”.
Bu sözləri klinik psixoloq Xəyalə Xasməmmədli “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, hər çətinlik uşaqlıq travması ilə bağlı deyil:
“Travma uşağın təkrarlanan, həm emosional, həm fiziki olaraq özünü dəyərsiz hiss etməsinə səbəb olacaq hadisələri yaşamasıdır. Travma uşağın yaşananlara qarşı deyil, olanlara qarşı nə cür münasibət bəsləməsi ilə formalaşır. Bu hadisələr uşaqda inanc qəlibləri yaradır. Hər hadisədə hər uşaqda eyni hiss yaratmır. Uşaq hadisəyə qarşı nə dərəcədə dərin düşüncə formalaşdırırsa, bu, onda travmanın dərinliyinidə artırır”.
Mütəxəssis qeyd edib ki, uşaqlıq travmasının gələcək həyatda təsiri çoxdur:
“Daim müqayisə edilmə, şərtli sevgi, uşağın duyğu və istəklərinin görülməməsi travmaya səbəb ola bilir. Özünə qarşı tənqidi fikirlər, daim özünü günahlandırma, tərk edilmə qorxusu, perfeksionizm, özünü daim təsdiq etmə uşaqlıq travması ilə bağlıdır. Hər “yox” cavabını sərhəd qoyulma və hər çətinliyi travma adlandırmaq olmaz. Əgər uşaqlıq travmalarınızın sizin yetkin həyatınızı istiqamətləndirməsini istəmirsinizsə, mütləq terapiyaya müraciət etməlisiniz. Bu, sizin üçün daha sağlam gələcək formalaşdırmağınıza dəstək olacaq”.
Psixoloq diqqətə çatdırıb ki, nə qədər müasir dövrdə yaşasaq da, hələ də etiketlərdən istifadə edilir:
“Yəni insanlar “pis”, “zəif” və “tənbəl” adlandırırlar. Bunlar keçmişin təcrübələrindən yaranıb və davam edir. Əslində, travma uşaqda çox ağır vəziyyət yaradır. Təsəvvür edin, insan ən çox sevdiyi, özünü yanında güvəndə hiss etmək istədiyi şəxslərdən travma görür. Normalda sıxıntı olduğu zaman bunu sevdiklərimizlə bölüşürük.
Bəs aldığın travma sevdiklərindən gəldikdə bunu kimə danışacaqsan? Bu hiss insanın özü ilə tək başına böyüməsinə səbəb olur. Daxili dünyasının qaranlığında həbs olur. Hər halda yetişkin dönəmində insan hər şeyin öhtəsindən gələ bilər. Yetər ki, buna inansın və düzgün istiqamətlə yəni terapiya yolu ilə həyatını yenidən qurmağa davam etsin”.
Elmir
“Cebheinfo.az”
Açar sözlər: Uşaqlıq travması Xəyalə Xasməmmədli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 30 Dekabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















