Icma.az
close
up
RU
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat KONKRET

Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Azərbaycanda doğum statistikası narahatedici bir istiqamət götürüb. 2011-ci ildə 176 min uşaq dünyaya gəlirdisə, bu rəqəm 2024-cü ildə 102 minə düşüb. 2025-ci ilin proqnozu isə 95 min civarındadır. Bu, müstəqillik illərinin ən aşağı göstəricisidir. Müqayisə üçün qeyd edək ki, 1991-ci ildə 190 min uşaq doğulmuşdu. Yəni otuz ildə doğum sayı demək olar ki, yarıya enib.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı globalinfoaz-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Bu azalmanın arxasında bir neçə səbəb var. Gənclər gec ailə qurur, mənzil və kirayə problemi həll olunmayıb, şəhər həyatı çoxuşaqlı ailə modelini getdikcə çətinləşdirir. Üstəlik bu gün uşaq doğan nəsil 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində anadan olanlardır. O dövrdə də doğum aşağı idi, ona görə potensial anaların sayı özü də azdır. Bütün bunlar üst-üstə gəlir və nəticəni ağırlaşdırır.

Bu mənzərəyə bir də dövlət dəstəyinin olmaması əlavə olunur. Azərbaycanda universal uşaqpulu sistemi yoxdur. Sovetdən sonra 2006-cı ildə uşaqpulu ləğv edildi, yerinə yalnız aztəminatlı ailələrə ünvanlı yardım gəldi. Yəni “uşaq doğdun, dövlət hər ay dəstək verir” anlayışı mövcud deyil. Bakıda bir uşağın aylıq xərcləri, bağça, paltar, dərman, qidalanma və s. 300-400 manatdan başlayır. Orta maaşın 1000 manat olduğu mühitdə ikinci, üçüncü uşağa qərar vermək ciddi bir cəsarət tələb edir. Belə şəraitdə ailə öz-özünə hesab edir və “bir uşaqla kifayətlənək” qərarına gəlir.

Dövlət bu problemi həll edə bilərmi? Büdcə baxımından – bəli. Hər yeni doğulan uşağa aylıq 150 manat verilsə, bu, büdcəyə nisbətən əhəmiyyətsiz bir yük olardı.

Ölkədə 0-18 yaş arası təxminən 2.6 milyon uşaq var. Hər birinə aylıq 150 manat versək, bu, ildə 4.68 milyard manat edir. 2025-ci ilin dövlət büdcəsi 48.4 milyard manat olduğundan bu məbləğ büdcənin təxminən 10%-nə bərabərdir.

Amma əgər sistem yalnız yeni doğulanlara və ya məsələn, 3 yaşa qədər uşaqlara tətbiq edilsə, yük xeyli azalar. Hər il təxminən 95 min uşaq doğulur. Onlara 3 yaşa qədər aylıq dövlət tərəfindən 150 manat verilsə, eyni anda sistemdə maksimum 285 min uşaq olar və illik xərc 513 milyon manata düşər – büdcənin 1%-dən bir qədər çox..

Üstəlik bu pul iqtisadiyyatın içində qalır – ailələr onu istehlaka yönəldir, bu da daxili tələbi artırır.

Rusiya, Türkiyə, Qazaxıstan və Macarıstan təcrübəsi göstərir ki, düzgün qurulmuş uşaqpulu və analıq kapitalı mexanizmi doğumu 10-20 faiz artıra bilir. Azərbaycanda da oxşar addım atılsa, 95 min olan doğum sayının 108-110 minə qalxması real görünür.

Əlbəttə, uşaqpulu tək başına demoqrafik problemi həll etmir. Mənzil, bağça çatışmazlığı, qadının iş-güc balansı, tibb xərcləri – bunlar da paralel olaraq müzakirə olunmalıdır. 150 manat uşaqpulu verib, amma kirayə 500 manat olsa, ailə yenə üçüncü uşaqdan imtina edəcək. Lakin uşaqpulunun psixoloji əhəmiyyətini də azaltmaq olmaz. Dövlət “uşağın yanında olacam” mesajı verdikdə ailə özünü daha güvəndə hiss edir. Bu güvən hissi isə qərar vermə prosesini dəyişir.

Hökumətin indiyə kimi “sui-istifadə riski” və “büdcə yükü” arqumentlərini önə çəkməsi başadüşüləndir. Lakin doğum sayı 26 ilin ən aşağı həddindədirsə, bu arqumentlər artıq yetərli cavab ola bilməz. Çünki bu tendensiya davam etsə, 15 ildən sonra məktəblərdə şagird, 20 ildən sonra ordu və iqtisadiyyat üçün işçi qüvvəsi tapmaq ciddi problemə çevriləcək. Demoqrafik böhranın qiyməti, uzun müddətdə, uşaqpulunun qiymətindən xeyli baha oturacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 May 2026 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see392

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see370

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see357

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see323

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see297

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see278

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see270

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see266

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see263

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see258

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see241

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see240

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see240

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see234

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see230

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see228

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see210

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see208

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see206

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri