ÜST ABŞ ın təşkilatdan çıxmaq qərarına yenidən baxacağına ümid edir AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 21 yanvar, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-ın təşkilatdan çıxmaq qərarından təəssüflənir və bu qərara yenidən baxacağına ümid bəsləyir.
AZƏRTAC xəbər verir ki, bu fikri ÜST-nin sözçüsü Tarik Jazareviç brifinqdə səsləndirib. O, təşkilatın bütün dünyada insanların, o cümlədən amerikalıların sağlamlığının və təhlükəsizliyinin qorunmasında mühüm rol oynadığını bildirib.
“Ümid edirik ki, ABŞ öz qərarını yenidən nəzərdən keçirəcək. Biz dünyada milyonlarla insanın sağlamlığı və rifahı naminə ABŞ-ÜST tərəfdaşlığını qorumaq üçün konstruktiv dialoqu səbirsizliklə gözləyirik”, - deyə ÜST nümayəndəsi əlavə edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp vəzifəsinə başladığı ilk gün ölkənin Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı sərəncam imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 21 Yanvar 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















