ÜST: Dünyada 3 milyard insan nevroloji xəstəliklərdən əziyyət çəkir
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Dünyada nevroloji xəstəliklərdən əziyyət çəkənlərin sayı 3 milyarddan çoxdur. Həmin insanlara daha çox diqqət yetirməlidir".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatını dəyərləndirən qurumun baş direktorunun köməkçisi Ceremi Farrar məlumat verib.
Onun sözlərinə görə, hər il dünyada təxminən 11 milyon insan nevroloji xəstəliklərdən dünyasını dəyişir: "Bir çox nevroloji xəstəliklərin qarşısını almaq və effektiv şəkildə müalicə etmək olar. İnsanların əksəriyyəti, xüsusən də kənd yerlərində və infrastrukturu zəif olan ərazilərdə profilaktik qayğılardan məhrumdurlar".
Hesabatda ölüm və əlilliyin əsas nevroloji səbəbləri kimi insult, neonatal ensefalopatiya, miqren, diabetik neyropatiya, vaxtından əvvəl doğuşun nevroloji fəsadları, sinir sisteminin xərçəngləri də digər xəstəliklər göstərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 15 Oktyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















