Icma.az
close
up
RU
ÜST: Dünyada bir milyarddan artıq insan psixi pozuntudan əziyyət çəkir

ÜST: Dünyada bir milyarddan artıq insan psixi pozuntudan əziyyət çəkir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 2 sentyabr, AZƏRTAC

Dünyada bir milyarddan çox insan psixi sağlamlıq pozuntuları - narahatlıq sindromu, depressiya və digərlərindən əziyyət çəkir. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni məlumatında deyilir.

ÜST-ə görə, ən çox rast gəlinən ruhi xəstəliklər anksiyete və depressiv pozuntulardır; 2021-ci ildə onlar bütün psixi pozuntuların üçdə ikisindən çoxunu təşkil edib. Çox vaxt bu cür xəstəliklər 20-29 yaşlı insanlarda olur. Hesabatda qeyd edilir ki, 2011-2021-ci illər arasında psixi xəstəlikləri olan insanların sayı dünya əhalisinin artım tempini üstələyib.

ÜST, həmçinin sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq bütün ölkələrdə intiharı “gənclər arasında ölümün əsas səbəbi” adlandırır. 2021-ci ildə intihar 727 min insanın həyatına son qoyub.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, intiharlardan ölüm hallarının azaldılması üzrə cari səylər yetərli deyil. Belə ki, 2030-cu ilə qədər bu rəqəm BMT-nin təklif etdiyi kimi üçdəbir yox, indiki templərlə yalnız 12% azalacaq.

Təşkilatın hesablamalarına görə, psixi pozuntuların yayılmasının zərəri hər il 12 milyard məhsuldar iş günü təşkil edir ki, bu, qlobal iqtisadiyyata ildə təxminən 1 trilyon dollara başa gəlir. Eyni zamanda, depressiyadan əziyyət çəkən insanların yalnız 9%-i keyfiyyətli müalicə alır. Bundan başqa, psixozlu insanların 71%-i ümumiyyətlə tibbi yardım almır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri