ÜST: Ebola epidemiyası iki ay ərzində bitməyəcək
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 19 may, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Ann Ansiya Konqo Demokratik Respublikasını bürüyən Ebola epidemiyasının uzun müddət davam edə biləcəyi barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, ÜST, həmçinin əvvəlki epidemiyanın iki il davam etdiyini qeyd edib.
“Bu epidemiyanın iki ay ərzində bitəcəyini düşünmürəm. Epidemiyanın miqyası bizim reaksiya sürətimizdən, infeksiyanın yayılmasını tez bir zamanda dayandırmaq qabiliyyətimizdən asılı olacaq. Bizim peyvəndimiz yoxdur və buna görə də əhalinin əməkdaşlığına ümid etməliyik”, - deyə ÜST-nin Konqo Demokratik Respublikasındakı nümayəndəsi mətbuata bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun sözlərinə görə, ÜST bu ölkələrdə Ebola virusuna 32 təsdiqlənmiş yoluxma və 500-dən çox şübhəli halı ilə bağlı məlumatlara sahibdir.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Konqo Demokratik Respublikasında (KDR) və Uqandada Ebolanın yayılmasına qarşı mübarizə aparmaq üçün 13 milyon dollar ayırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 19 May 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















