Icma.az
close
up
RU
ÜST naməlum xəstəliyin səbəbini araşdırmaq üçün KDRyə mütəxəssislər göndərib

ÜST naməlum xəstəliyin səbəbini araşdırmaq üçün KDRyə mütəxəssislər göndərib

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Kvanqo əyalətində 30 nəfərin ölümünə səbəb olan naməlum xəstəliyin səbəbini araşdırmaqda Konqo Demokratik Respublikasına (KDR) kömək edir.

“Report” ÜST-yə istinadən xəbər verir ki, xəstəliyin simptomlarına başağrısı, öskürək və anemiya daxildir.

Təşkilat “ölkənin cənub-qərbində yerləşən Kvanqo əyalətinin Panzi yaşayış məntəqəsində qeydə alınmış, hələ diaqnozu qoyulmamış xəstəliyin səbəbini müəyyən etmək məqsədilə əlavə araşdırmalar aparmaq üçün KDR-nin səhiyyə orqanlarına kömək etmək məqsədilə mütəxəssislər göndərir”. Məlumatda bildirilib ki, “səbəbi müəyyən etmək üçün laborator araşdırmalar aparılır”.

ÜST KDR Səhiyyə Nazirliyinə istinadən bildirib ki, “Panzi tibbi-sanitar zonasında hazırda 394 xəstəlik və 30 ölüm halı qeydə alınıb”. Simptomlara “başağrısı, öskürək, qızdırma, təngnəfəslik və anemiya” daxildir.

Panziyə ezam olunmuş KDR və ÜST mütəxəssisləri qrupuna epidemioloqlar, laborantlar, yoluxucu xəstəliklərin profilaktikası və nəzarəti üzrə mütəxəssislər daxildir. ÜST “noyabrın sonundan Kvanqoda səhiyyə orqanlarına epidemioloji nəzarətin gücləndirilməsi və xəstəlik hallarının aşkarlanmasında dəstək göstərir”. Təşkilatdan bildirilib ki, “komanda epidemioloji araşdırma və test üçün nümunələrin toplanması, xəstəlik hallarının aktiv aşkarlanması, müalicə və ictimai məlumatlılığın artırılması kimi cavab tədbirlərinin gücləndirilməsinə diqqət yetirəcək”.

“Bizim prioritetimiz zərər çəkmiş ailələrə və icmalara səmərəli dəstək göstərməkdir. Xəstəliyin səbəbini müəyyən etmək, onun ötürülmə yollarını başa düşmək və mümkün qədər tez müvafiq cavab tədbirləri görmək üçün bütün səylər göstərilir”, – ÜST-nin Afrika üzrə regional direktoru Matşidiso Moeti bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://report.az
archiveBu xəbər 07 Dekabr 2024 03:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri