Icma.az
close
up
RU
ÜST naməlum xəstəliyin səbəbini araşdırmaq üçün KDRyə mütəxəssislər göndərib

ÜST naməlum xəstəliyin səbəbini araşdırmaq üçün KDRyə mütəxəssislər göndərib

Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq.

ÜST naməlum xəstəliyin səbəbini araşdırmaq üçün KDR-yə mütəxəssislər göndərib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Kvanqo əyalətində 30 nəfərin ölümünə səbəb olan naməlum xəstəliyin səbəbini araşdırmaqda Konqo Demokratik Respublikasına (KDR) kömək edir.

"Report" ÜST-yə istinadən xəbər verir ki, xəstəliyin simptomlarına başağrısı, öskürək və anemiya daxildir.

Təşkilat "ölkənin cənub-qərbində yerləşən Kvanqo əyalətinin Panzi yaşayış məntəqəsində qeydə alınmış, hələ diaqnozu qoyulmamış xəstəliyin səbəbini müəyyən etmək məqsədilə əlavə araşdırmalar aparmaq üçün KDR-nin səhiyyə orqanlarına kömək etmək məqsədilə mütəxəssislər göndərir". Məlumatda bildirilib ki, "səbəbi müəyyən etmək üçün laborator araşdırmalar aparılır".

ÜST KDR Səhiyyə Nazirliyinə istinadən bildirib ki, "Panzi tibbi-sanitar zonasında hazırda 394 xəstəlik və 30 ölüm halı qeydə alınıb". Simptomlara "başağrısı, öskürək, qızdırma, təngnəfəslik və anemiya" daxildir.

Panziyə ezam olunmuş KDR və ÜST mütəxəssisləri qrupuna epidemioloqlar, laborantlar, yoluxucu xəstəliklərin profilaktikası və nəzarəti üzrə mütəxəssislər daxildir. ÜST "noyabrın sonundan Kvanqoda səhiyyə orqanlarına epidemioloji nəzarətin gücləndirilməsi və xəstəlik hallarının aşkarlanmasında dəstək göstərir". Təşkilatdan bildirilib ki, "komanda epidemioloji araşdırma və test üçün nümunələrin toplanması, xəstəlik hallarının aktiv aşkarlanması, müalicə və ictimai məlumatlılığın artırılması kimi cavab tədbirlərinin gücləndirilməsinə diqqət yetirəcək".

"Bizim prioritetimiz zərər çəkmiş ailələrə və icmalara səmərəli dəstək göstərməkdir. Xəstəliyin səbəbini müəyyən etmək, onun ötürülmə yollarını başa düşmək və mümkün qədər tez müvafiq cavab tədbirləri görmək üçün bütün səylər göstərilir", – ÜST-nin Afrika üzrə regional direktoru Matşidiso Moeti bildirib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 08 Dekabr 2024 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see217

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see201

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see200

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see126

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri