Icma.az
close
up
RU
ÜST nin Azərbaycandakı nümayəndəliyi media təmsilçiləri ilə bir araya gəldi

ÜST nin Azərbaycandakı nümayəndəliyi media təmsilçiləri ilə bir araya gəldi

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə bir araya gəldi. Görüşün məqsədi ÜST ilə yerli media arasında əlaqələri daha da gücləndirmək, ictimai sağlamlıq sahəsində görülən işlərlə bağlı məlumat mübadiləsi aparmaq və gələcək əməkdaşlıq imkanlarını araşdırmaq olub.

Oxu.Az xəbər verir ki, tədbirdə müxtəlif media qurumlarını təmsil edən jurnalistlər və ÜST-nin Ölkə Ofisinin əməkdaşları iştirak ediblər.

Qeyri-rəsmi və qarşılıqlı ünsiyyətə açıq formatda keçirilən görüş zamanı iştirakçılar ÜST-nin Azərbaycandakı prioritet istiqamətləri olan iqlimə davamlı səhiyyə sistemlərinin gücləndirilməsi, köməkçi texnologiyalara çıxış, immunizasiya, psixi sağlamlıq, qeyri-infeksion xəstəliklərə mübarizə, ÜST-nin səhiyyədə fövqəladə hallar proqramının fəaliyyəti və digər sahələrdə həyata keçirdiyi təşəbbüslər barədə məlumat alıblar.

"Sağlamlıqla bağlı dəqiq və vaxtında məlumatların ictimaiyyətə çatdırılması üçün mətbuatla işləmək bizim üçün prioritetdir. Biz ÜST olaraq sizi ictimai səhiyyənin ayrılmaz tərəfdaşı kimi görür və bu əməkdaşlığa böyük dəyər veririk. Sağlam bir cəmiyyətin qurulması sizinlə mümkündür," - deyə ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Dr. Hande Harmancı qeyd edib.

Tədbir çərçivəsində jurnalistlər ÜST-nin mütəxəssisləri ilə birbaşa ünsiyyət qurmaq imkanı əldə edib, onları maraqlandıran sualları ünvanlayıb və gələcək media əməkdaşlıqları üçün fikir mübadiləsi aparıb.

Tədbirin sonunda ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Dr. Hande Harmancı jurnalistlərin ünvanlandığı sualları cavablandırıb.

Bu görüş açıq fikir mübadiləsi üçün imkan yaradıb. Media nümayəndələrinin iştirakı və maraqlı sualları səhiyyə ilə bağlı mövzuların ictimai müzakirəsində medianın rolunu bir daha önə çıxarıb. Tədbir qarşılıqlı dialoqun davamlılığını təşviq edən müsbət bir addım kimi dəyərləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 İyul 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri