Aİ nin Azərbaycandakı Nümayəndəliyi Avropada Təhsil sərgisi keçirir
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi "Avropada Təhsil" sərgisi keçirir.
XQ xəbər verir ki, iki gün davam edəcək sərgidə Avropanın 10 ölkəsini təmsil edən 30-dan çox universitet iştirak edir və potensial tələbələrə təhsil imkanları barədə məlumat verilir. Sərgi çərçivəsində Avropa universitetləri təhsil proqramlarını təqdim edəcəklər. Azərbaycandan isə ADA Universiteti və UFAZ təmsil olunur.
Artıq 3 ildir davam "Avropada Təhsil" sərgisi Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin keçirdiyi genişmiqyaslı təhsil kampaniyasına daxildir. Sərgi həm də Aİ-Azərbaycan arasında daha geniş tərəfdaşlığın bir hissəsidir.
"Avropada Təhsil" sərgisi 25-26 oktyabr tarixlərində saat 10:00-dan 18:00-dək "Hilton" hoteldə keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 Oktyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















