ÜST Qəzzanın səhiyyə sisteminin bərpası üçün lazım olan məbləği açıqladı
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Qəzza zolağının səhiyyə sisteminin bərpası üçün ən azı 7 milyard dollara ehtiyac olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Onun sözlərinə görə, təşkilat əvvəllər 41 xəstənin və 145 müşayiətçinin bir neçə ölkəyə təxliyəsinə kömək edib.
“Lakin hələ də Qəzzadan kənarda müalicəyə ehtiyacı olan 15 min xəstə, o cümlədən 4 min uşaq var”, - ÜST rəhbəri bildirib.
O qeyd edib ki, təxliyəni gözləyərkən 700-dən çox insan ölüb.
Qeyd edək ki, bundan əvvəl BMT, Aİ və Dünya Bankının operativ qiymətləndirməsinə görə, Qəzzanın bərpası üçün təxminən 70 milyard dollar tələb olunacağı bildirilmişdi.
Bununla belə, BMT nümayəndələri bütün ərazilərin bərpa olunmayacağını qeyd edirlər.
Bu mövzuda digər xəbərlər:Qəzzanın bərpası üçün lazımi məbləğ açıqlanıb
14 Oktyabr 2025 15:19
Misir Qəzzanın bərpası üçün alternativ plan hazırlayır
12 Fevral 2025 13:26
BMT: Qəzzanın bərpası üçün 70 milyard dollar vəsait lazım olacaq
14 Oktyabr 2025 14:11
Bu ölkələr Qəzzanın bərpası üçün ərəb planını alqışlayır
08 Mart 2025 23:14
HƏMAS və Fəth Qəzzanın bərpası üçün birgə plan hazırlayır
12 Noyabr 2024 13:01
Baxış sayı:76
Bu xəbər 02 Yanvar 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















