Icma.az
close
up
RU
ÜST ün maliyyə vəsaitinin 45% i çatışmır

ÜST ün maliyyə vəsaitinin 45% i çatışmır

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2026-27-ci illər üçün azaldılmış 4,2 milyard dollarlıq büdcəsini maliyyələşdirmək üçün lazım olan təxminən 1,9 milyard dollar - 45% - çatışmazlıq ilə üzləşir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Health Policy Watch” portalı ÜST əməkdaşlarının onlayn iclasında çıxış edən təşkilatın planlaşdırma mərkəzinin nümayəndəsi İmre Holloya istinadən məlumat yayıb.
İclasın digər iştirakçısı, ÜST-nin biznes əməliyyatları üzrə baş direktorunun köməkçisi Raul Tomasın sözlərinə görə, ABŞ-nin əvvəlki administrasiyası Co Baydenin prezidentlik müddəti başa çatana qədər 2024-cü il üçün təşkilata təxminən 130 milyon dollar yardım edə bilməyib. Qeyd olunur ki, tarixən ÜST-nin ən böyük donoru olan Vaşinqtonun imtinası təşkilatdakı böhranın əsas amilinə çevrilib. Beləliklə, 2022 və 2023-cü illərdə ABŞ sabit və könüllü töhfələr şəklində ona təxminən 1 milyard dollar ayırıb.
Qeyd edək ki, martın 30-da AFP ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesusun təşkilat daxilində yayılan məktubuna istinadən xəbər verib ki, 2025-ci ildə ABŞ-nin təşkilatdan çıxması ilə əlaqədar maliyyənin dayandırılması səbəbindən ÜST 600 milyon dollara yaxın maliyyə çatışmazlığı ilə üzləşəcək. Bununla əlaqədar olaraq Qebreyesus ÜST-nin 2026-2027-ci illər üçün büdcəsini 21% azaldaraq 4,2 milyard dollara endirməyi təklif edib və işçilərin ixtisarının qaçılmaz olduğunu bildirib.
Xatırladaq ki, yanvarın 21-də ABŞ Prezidenti Donald Tramp digər ölkələrlə müqayisədə qeyri-mütənasib şəkildə yüksək töhfə verdiyini əsas gətirərək Birləşmiş Ştatların ÜST-dən çıxması haqqında sərəncam imzalayıb. Fevralın 3-də ABŞ administrasiyası beynəlxalq təşkilatların, o cümlədən ÜST-nin maliyyələşdirilməsinə xeyli miqdarda vəsait ayıran USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. Martın 10-da ABŞ Dövlət Katibi, əvvəllər USAİD-in müvəqqəti rəhbəri vəzifəsinə təyin edilmiş Marko Rubio bəyan edib ki, altı həftəlik araşdırmadan sonra ABŞ hökuməti agentliyin proqramlarının 83%-ni rəsmi olaraq dayandırıb. Onun sözlərinə görə, ləğv edilmiş 5,2 min müqavilə çərçivəsində on milyardlarla dollar ABŞ-nin maraqlarına deyil, bəzi hallarda onun ziyanına xərclənib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 02 Aprel 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri