Icma.az
close
up
RU
Bölgələrdə həkim çatışmır STATİSTİKA

Bölgələrdə həkim çatışmır STATİSTİKA

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sağlamlıq hər bir insanın ən təməl haqqıdır. Lakin Azərbaycanın xüsusilə regionlarında tibbi xidmətlər heç də əlçatan deyil və bu sahədə ciddi problemlər var. Əhalinin sağlamlığı keşiyində duran həkimlərin paylanmasında qeyri-bərabərlik diqqət çəkən əsas problemdir. Statistikanın dili ilə desək, paytaxtda həkimlərin sayı əhalinin ehtiyaclarını qarşılamaq baxımından yetərli olsa da, regionlarda bu göstərici acınacaqlı vəziyyətdədir.


Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ölkəmizdə hazırda 338 xəstəxana, 36 min 600 həkim fəaliyyət göstərir. Ən çox həkim paytaxtın payına düşür. Belə ki, Bakıda 22 min 747 həkim fəaliyyət göstərir. Ölkə əhalisinin sayına görə ən böyük şəhərlərimizdən olan Sumqayıtda 1458, Gəncədə 1135, Mingəçevirdə isə 392 həkim var.


Rayonlarda həkimlərin ümumi sayı 1000-dən azdır. Belə ki, ən çox həkim olan rayonlar siyasında yer alan 12 bölgədə - Abşeron, Salyan, Lənkəran, Quba, Xaçmaz, Şəki, Bərdə, Zaqatala, Tovuz, Şəmkir və Qazaxda ortalama 267,5, ümumilikdə isə 3210 həkim fəaliyyət göstərir. Qeyd edək ki, həmin ərazilərdə əhalinin ümumi sayı 2 milyon 332 min 900-dür. Bu da o deməkdir ki, 1 həkimə düşən adam sayı 727-dir. 


Ən az həkimin olduğu rayon Daşkəsəndir, burada sadəcə 7 həkim çalışır. Əhali sayı 33 300 olan Daşkəsəndə 1  həkimə düşən adam sayı 4757 nəfərdir. Bundan başqa, Xızıda 33, Lerikdə 37, Yardımlıda 38, Zərdabda 46, Qobustanda 49, Samuxda 50, Hacıqabulda 51, Ucarda 57, Oğuzda 62, Gədəbəydə 63, Şabranda 64, Siyəzəndə isə 67 həkim fəaliyyət göstərir. Adıçəkilən rayonların əhali sayı ümumilikdə 742 min 800-dür. Belə olan halda 1 həkimə düşən əhali sayı 1204 nəfər olur. 


İşğaldan azad olunan Qarabağın rayonlarında isə ortalama 30 həkim fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasında isə fəaliyyət göstərən həkimlərin ümumi sayı 672-dir. 


Həkimlərin regionlarda çatışmazlığı təkcə sağlamlıq sahəsində deyil, bütövlükdə cəmiyyətin rifahında ciddi problemlərə səbəb olur. Zamanında tibbi yardım ala bilməyən insanlar təkcə sağlamlıq itkiləri ilə deyil, bəzən həyati təhlükələrlə də üz-üzə qalırlar. Ən bəsit xəstəliklər belə diaqnoz qoyulmadığı üçün ağırlaşır və geridönməz nəticələrə gətirib çıxarır. Bu vəziyyət təkcə fərdi talelərə deyil, həm də ölkənin müxtəlif sahələrinə ciddi mənfi təsir göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Mart 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri