Ustalarda qalmaq istəmirsinizsə, bu telefonları almayın
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Smartfon alışı bu gün təkcə kamera və ya performans seçimi deyil, həm də cihazın nə qədər asan təmir oluna biləcəyi ilə bağlı mühüm qərara çevrilib. Yeni hesabat göstərib ki, Android brendləri arasında təmirə yararlılıq baxımından ən zəif nəticəni "Samsung" göstərir.
Demokrat.az xəbər verir ki, ABŞ-ın ictimai maraqları müdafiə qrupu “PIRG” tərəfindən aparılan araşdırma ən böyük smartfon brendlərini qiymətləndirib. Qiymətləndirmədə ehtiyat hissələrinin əlçatanlığı, cihazın sökülmə asanlığı, təmir təlimatlarının mövcudluğu və standart alətlərdən istifadə imkanı nəzərə alınıb.
Nəticələr gözlənilməz olub: "Samsung" “D” qiyməti alaraq Android istehsalçıları arasında ən zəif göstəricini əldə edib. "Google" “C-” nəticəsi ilə bir qədər yaxşı performans göstərib, lider isə “B+” alan "Motorola" olub.
"Samsung" qlobal bazarda smartfon istehsalında lider olsa da, təmirə yararlılıq baxımından cihazları rəqiblərindən geri qalır. Oxşar nəticələr “iFixit”in müstəqil testlərində də təsdiqlənib. Onların məlumatına görə, son altı Galaxy modelindən heç biri 10 ballıq sistemdə 5-dən yüksək nəticə əldə etməyib.
Qeyd edilir ki, "Samsung"un aşağı qiymət almasının səbəblərindən biri də şirkətin “təmir hüququ” qanunlarına qarşı çıxan sənaye birliklərində iştirakı ilə bağlıdır.
Bununla belə, tədqiqatçılar "Samsung"un dizayn baxımından tədricən yaxşılaşdığını vurğulayırlar, lakin bu, hələlik rəqiblərlə eyni səviyyəyə çatmaq üçün kifayət etmir. Nəticə olaraq, istifadəçilər üçün cihazın təmir asanlığı və uzunömürlülüyü vacibdirsə, mütəxəssislər alternativ Android brendlərinə üstünlük verməyi tövsiyə edirlər.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Bakıda maşınların benzinə görə ustalarda qalma səbəbləri bilindi
20 İyun 2025 16:37
Qışda Çin maşınlarında gizli təhlükə: ustalarda qala bilərsiniz
10 Yanvar 2026 16:37
Ustalarda qalmışıq, pul çatdıra bilmirik, gənclər kəndi tərk edirlər Oğuz sakinlərinin yol problemi
13 Fevral 2026 21:56
Sürücülərin diqqətinə Yolda qalmaq istəmirsinizsə...
30 Avqust 2026 11:29
Səfərlərinizdə bunlara mütləq diqqət edin Yolda qalmaq istəmirsinizsə!
26 İyun 2025 18:45
Baxış sayı:126
Bu xəbər 06 May 2026 15:57 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları