Icma.az
close
up
RU
Üsyan edirik, çox artıb, amma bilmirik ki... Həkimdən XƏBƏRDARLIQ

Üsyan edirik, çox artıb, amma bilmirik ki... Həkimdən XƏBƏRDARLIQ

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illərdə süni şəkildə tez yetişdirilən meyvələr bazarlarda daha erkən satışa çıxarılır və bir çox valideynlər bu meyvələri uşaqları üçün almaqda tərəddüd etmirlər. Halbuki bu meyvələrin tərkibi, yetişdirmə üsulu və sağlamlığa təsiri ciddi suallar doğurur.

Mövzu ilə bağlı Ölkə.az-a danışan pediatr Vaqif Qarayev bildirib ki, əvvəllər hər giləmeyvənin, tərəvəzin yetişmə vaxtı var idi, indi isə yoxdur:

“Baxırsan, bazarda satılan məhsulların çoxu xaricdən gətirilib. Bir az adam təəccüblənir ki, kartof nədir axı, biz onu yetişdirə bilmirik? Yetişdirə bilirik axı. Rusiyada, Türkiyədə, Orta Asiyada bazarlar eynidir. Elə bil ki, gəlib bizim "Vasmoyun bazarı"ndan yığıb aparıblar. Bazarlarda satılan çiyələk, ərik, şaftalı hamısı eyni ölçüdə və formadadır. Bunu təbiət yetişdirirsə, eyni formada ola bilməz. Mümkün deyil. Təbiətin öz qanunu var. Deməli, bunu süni yetişdirirlər. Çiyələyin dadı yoxdur, sadəcə görünüşü qəşəngdir”.

Pediatrın sözlərinə görə, sağlamlıq baxımından bu cür qidaların qəbulu düzgün deyil: “Ona görə uşaqlarda son vaxtlar həm allergiya, həm də mədə problemləri həddindən çox artıb. Valideyn allergiyanın nədən olduğunu bilmir, amma uşaq allergikdir.

Mədə-bağırsaq problemlərini müayinə edirsən, heç nə çıxmır. Deməli, uşaq düzgün və keyfiyyətli qidalanmır. Söhbət təkcə meyvə və giləmeyvədən getmir.

Azərbaycan kimi ölkələrdə hər meyvə-tərəvəzin çıxma mövsümü var. Hələ bir azdan qarpız, yemiş yeyiləcək. May ayında qarpız yeyilər? Yeyilməz. Onun mövsümü iyulun ikinci yarısı, avqustun əvvəlindən başlayır. Bunu təbiətin ixtiyarına buraxmaq lazımdır. Təbiətə üsyan edirik ki, sən nə edirsən et, bizim öz baxışımız, öz yanaşmamız var”.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 May 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri