Icma.az
close
up
RU
“Üsyançılar”a səmimi cavab: etməyin belə!

“Üsyançılar”a səmimi cavab: etməyin belə!

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən axşam ölkə futbolu iki mühüm "partlayış"la yadda qaldı. Maraqlıdı ki, hər iki hadisə eyni oyundan sonra yaşandı: əvvəlcə 1 tur öncə "qaranlıq"da danışmaq istəyən Samir Abasov səhnəyə çıxdı və "avrokuboka vəsiqə qazanmasanız, istefa verəcəksinizmi?" sualına üsyan etdi, ardınca isə Cavid Hüseynov "təsəvvür edirsiniz, qələbəyə görə cəmi 500 manat mükafat verirlər", - dedi.

Başlayaq Abasovun "dediklırinizin arxasında 100 faiz nələrsə gizlənir", - ifadəsindən. Cənab Abasov, ölkənin ən qocaman, ən imkanlı, ən çox azarkeş kütləsinə sahib klubunun Çempionlar, Avropa Liqası da yox ha, ümumiyyətlə, avrokubok zonasına düşməməsi yumşaq desək, ayıbdı. Bax, indi mən də deyim ki, "Samir Abasovlu "Neftçi" avrokuboklara vəsiqə əldə etməsə, bunun arxasında "nələrsə gizlənir". Bu cür ittihamları səsləndirmək ab-surd-du! Əlbəttə ki, söhbət peşəkarlardan gedir. İndiki halda isə hər iki tərəf peşəkardı - jurnalist də, mütəxəssis də. O zaman, Samir bəy, zəhmət çəkin, peşəkar da davranın!

Keçək Cavid Hüseynovun "500 manat mükafat" məsələsinə. Komandaya ayrılan vəsait qarşılığında (fərq etmir, bu, 1 milyondu, yoxsa 10 milyon) nəticələrə görə cavabdeh şəxs ən pis göstəriciyə sahibdi. Görülən işə görə imzalanan müqavilədə məvacib  göstərilir. "Görülən işin aynası" turnir cədvəlindədi. Ancaq buna baxmayaraq, zaman-zaman qələbə qazanılanda 500 manat mükafat da verilir. Hüseynov hər oyunda can qoyan nümunəvi futbolçu olub. Ancaq məşqçi kimi əvvəlcə, "Şamaxı" layihəsində (ancaq yerlilərlə Premyer Liqada qalmaqdan ibarət absurd ideya) iflasa uğradı, ardınca isə "Səbail"i uçurumun bir addımlığına gətirib. Və bu vəziyyətdə "qələbəyə görə cəmi 500 manat mükafat verirlər" demək… Mətbuat konfransında əyləşənlərin əksəriyyəti 500 manatla 1 ay ailə saxlayır, cənab Hüseynov! Onların önündə bu rəqəmi səsləndirmək özlüyündə ayıb addımdı. "Səbail"in durumu əvvəlcədən hər kəsə, o cümlədən sizə də məlum idi. Əlbəttə, Hüseynovun dünən dediklərindən daha böyük səhvi "Səbail" rəhbərliyi buraxdı. Premyer Liqada yalnız acı təcrübəsi olan gənc mütəxəssisə "batan gəmi"ni xilas etmək missiyasını həvalə etməyin bədəli məhz belə olmalı idi.

CEYHUN ƏLİYEV

P.S. Son zamanlar idman mediasına qarşı qəribə tendensiya formalaşıb: baş məşqçilər verilən sualların keyfiyyət(sizliy)indən gileylənirlər. Cənab məşqçilər, futbol camiəsində ən aşağı maddiyyata sahib olan jurnalistlərdi, ancaq unutmayın ki, ən baha nüfuza sahib də məhz bu zümrəyə daxil olanlardı. Verilən sual ürəyinizcə olmaya bilər, ancaq təqdim etdiyiniz futbolun qarşılığında bundan onqat sərt suallar da halalınızdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sport24.az
archiveBu xəbər 17 Mart 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri