Icma.az
close
up
RU
Utanma, ay İran, oyna, sənə nə var ki? FOTO

Utanma, ay İran, oyna, sənə nə var ki? FOTO

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Sivilizasiyamız hazırda texnoloji inkişafının ən mühüm dövrlərindən birini yaşayır. Kosmos asta, ancaq inamlı bir templə fəth edilir, tibb sahəsində vacib kəşflər ortaya qoyulur, iqtisadiyyat böyüyür, texnoloji yeniliklər hər ötən gün həyatımızın müxtəlif sahələrinə daha çox nüfuz edir, bəşər övladı getdikcə qlobal proseslər barədə daha məlumatlı olur.

Texnoloji inkişaf dövründə informasiya dünyada ən sürətlə mübadilə olunan məhsula çevrilir. Dünyanın bir küncündə baş vermiş hadisə saniyələr ərzində digər küncündəki insanlar üçün də əlçatan olur. Müasir dövr həm də informasiyanı yoxlamaq və dəqiqləşdirmək üçün bizə saysız-hesabsız imkanlar təqdim edir. Bu imkanlar bəzən o qədər primitiv olur ki, onlardan istifadə edə bilməmək artıq sivilizasiyadan geri qalmaq anlamına gəlir.

Sivilizasiyadan geri qalmaqdan bəhs ediriksə, demək ki, xaos, intriqa, riyakarlıq, saxtakarlıq dolu bir prosesi, strukturu, anlayışı müşahidə edirik.

Əgər hələ də söhbətin nədən getdiyi aydın olmursa, düşüncəni çox uzaqlara cəmləməyə ehtiyac yoxdur, sərhədlərimizdən cənuba baxsaq, elə yuxarıda qeyd olunan şəkildə bir strukturu müşahidə etmiş olarıq. Texnologiya çağında texnologiyadan bixəbər, dedi-qodu məclislərindəki qeybətlərlə siyasi xətt, strategiya formalaşdıran bir dövlət institutunu geridəqalmış, intriqa, riyakarlıq, saxtakarlıq dolu bir struktur adlandırmaq mümkün deyilmi? Tamamilə mümkündür.

Bilməmək ayıb deyil, buna söz yox, amma bildiklərimizi gözümüzün içinə baxaraq həyasızcasına inkar etmək ayıbdır axı...

Artıq İranın "Tasnim" agentliyinin bu ölkənin dronlarının Naxçıvana endirdiyi zərbə barədə gülünc və axmaqlıq dolu yazısı barədə məlumat təqdim etmişik. Təbii, "Tasnim" İran dövlətinin rəsmi agentliyi olsa da, milyardda bir ehtimalla bu agentliyin dövlətin, molla rejiminin müdaxiləsi olmadan bu cür qlobal miqyaslı bir axmaqlığa imza atdığını düşünmək olardı. Yəni bəlkə də, molla rejimi günahı öz əlaltısı olan medianın üzərinə ataraq bu rüsvayçılıqdan boyun qaçıra bilərdi. Amma axmaqlığın artıq siyasi xəttə çevrildiyi bir ölkədə bu cılız ehtimal da "suya düşməyə" məhkum oldu.

Üstəlik, tamamilə rəsmi şəkildə. İranın Ermənistandakı səfirliyi vasitəsilə. O səfirlik ki, bütün fəaliyyətini ölkənin Xarici İşlər Nazirliyi ilə koordinasiya edir. Xarici İşlər Nazirliyi isə, hər kəsə məlum olduğu kimi, bir ölkənin xarici siyasi xəttinə uyğun şəkildə fəaliyyət göstərir.

Faktları üst-üstə topladıqda görünür ki, İran dövləti "islanmışın yağışdan nə qorxusu?" prinsipi ilə hələ çox şeyi əlinə-üzünə bulaşdırmağa yaxşıca köklənib. İranın Ermənistandakı səfirliyi bəyan (təbii ki, rəsmi Tehranın mövqeyi kimi qəbul edilməlidir - red.) edir ki, Naxçıvana zərbə endirən dronların qalıqlarının üzərində "İstehsalat Birliyi" ifadəsi var və bu, birmənalı olaraq onların Azərbaycana məxsus olduğunu göstərir.

Görünür, İran heç bir məntiqə sığmadığını görmək üçün kosmosdan baxmağa belə gərək olmayan, hər hansı texniki avadanlıq və yoxlamaların tələb olunmadığı, adi gözlə hər bir normal şüurlu insanın görə biləcəyi həqiqəti dövlət səviyyəsində görə bilməyəcək qədər aciz durumdadır. Minlərlə kvadrat kilometr ərazisi olan, minlərlə dövlət adamı, məmuru, mollası olan İran öz dronunun qalıqları toplanmış bir çuvalın arxasına necə sığışıb? Bəlkə, bu sadaladıqlarımızın həmin çuvala sığacaq qədər aciz və cılız olduğu növbəti dəfə üzə çıxıb? Hansı sualın cavabının tələb olunmadığı gün kimi aydındır.

Ortadakı mənzərə sivilizasiya üçün utanc mənbəyidir, belə bir qonşuya sahib olmaq utancvericidir. Başqasının yerinə utanmaq deyirlər, ispan utancı, bax eynilə həmin andır... Utanıb düşünmək, papaq, əmmamə, əlinə nə keçərsə artıq qabağına qoyub düşünmək, nəticə çıxarmaq varkən səfirliyin etdiyi paylaşım rəsmi Tehranın utanmadığını, əfsuslar olsun ki, ortaya qoyur. Elə isə ay İran, mollaların züy tutduğu havaya oyna, utanma, sənə nə var ki?

Orxan Tağıyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Mart 2026 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri