Icma.az
close
up
RU
Oyna, Mahir, oyna!

Oyna, Mahir, oyna!

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Təbii ki, mən Mahir Emrelinin indi harda olduğunu bilirəm. Harda olacaq ki?! “Nürnberq”in ehtiyat oyunçular skamyasını isidir də. Amma cismin orda olması hələ ruhun da orda olması anlamına gəlmir.

Futbolda çox geniş yayılmış bir “qəlib” var. Bəzi məşqçilər imkanlarından aşağı səviyyədə çıxış edən futbolçunun durumunu obrazlı şəkildə ifadə etmək lazım gələndə, adətən, belə təşbehdən yararlanırlar: cismi burdadı, ruhu başqa yerdə. İş ondadı ki, Mahirə münasibətdə bu ifadəni də tətbiq etmək mümkün deyil. Bildiyimə görə, bu qış qapısını döyən müştəri olmayıb. Adam hər mənada 2-ci bundesliqada yarışan “Nürnberq”dədi. Amma özünü yenə elə duruma salıb ki, nə cismi görünür, nə də ruhu.
“Nürnberq” şənbə günü səfərdə “Maqdeburq” üzərində önəmli qələbə qazandı. “Maqdeburq” deyib keçməyin, bu komanda liderlər qrupunda qərarlaşıb. “Nürnberq” 4:3 hesablı qələbə qazanmaqla həm turnir cədvəlində mövqeyini bir qədər yaxşılaşdırdı, həm də özünəinamı bərpa etdi. Və nəqər arzuolunmaz mənzərə olsa da, komandasının 4 qolunun heç birində Mahirin imzası yoxdu. Nə müəllif, nə də assistent kimi! Sadəcə, ona görə ki, Mahir heç meydanda olmayıb.
Əslində bizim futbol və futbolçular ilə bağlı həmişə belə olur. Qəlbində kiçik bir ümid işığı yanır, onu böyüdürsən, əzizləyirsən, ətrafında xəyallar qurursan. Və birdən birə tap-tarap. Hansısa səmum küləyi əsir, o ümidin işığını elə söndürür ki, qovrula-qovrula qalırsan. “Legiya”, “Dinamo” və “Konyaspor” macərasının ardından futbol Tanrısı Mahir üçün çox gözəl bir qapı açmışdı. 2-ci bundesliqa olsa da, Avropanın sayılıb-seçilən çempionatlarındandı, təsəvvür edin ki, orta azarkeş sayına görə qitədə ilk “10-luq”dadı. Əsl futbolçuya nə lazımdı? Daim dolu tribunalar önündə oynamaq! Futbol tamaşalarının ən vacib elementlərindən biri, yəni azarkeş marağı Almaniyada təmin olunub. Amma Mahir o tamaşanın heç bir pərdəsində yoxdu – nə baş, nə də epizodik rolda!
Yox-yox, Mahir xarakterik rollar ifaçısıdı. Fuad Poladov, Muxtar Maniyev, Kamal Xudaverdiyev və onlarla başqası kimi. Amma işin pis tərəfi odu ki, Mahir obraza, necə deyərlər, canını-qanını qoyur, obrazını elə ustalıqla canlandırır, xarakterini necə önə çıxarırsa, həm baş məşqçi Miroslav Kloze, həm də komanda yoldaşları ilə ziddiyyət yaranır. Əlbəttə, heç bir futbol komandası teatr truppası deyil. Mahir hələ ilk mövsümü keçirdiyi komandada yeri gələndə epizodik rolda da olmalıdı, hətta kütləvi səhnələrdə də. Yalnız və yalnız ona görə ki, komandadakı yerini möhkəmlətsin, Almaniya futbol ictimaiyyətini diqqətini çəksin, onlara “Azərbaycandan da futbolçu çıxa bilər” həqiqətini anlatsın. Bəs, biz nə görürük? Prinsipcə 14 oyunda üç qoldan başqa heç nə!
Güman etmirəm ki, almaniyalı həmkarlarımız arasında Mahirlə qəsdi-qərəzi, ona şəxsi-fərdi maraqlar çərçivəsində antipatiyası olan kimsə var. Amma bu ölkənin mediasına nə vaxt göz gəzdirirsən, dərhal həmvətənimizlə bağlı mayası qalmaqaldan yoğrulan çarpıçı xəbər gözə dəyir. Gah məşqdə komanda yoldaşı ilə dalaşır, gah Klozedən hansısa məsələ ilə bağlı hesabat tələb edir, gah da ölkənin ən nüfuzlu idman nəşri olan “Bild”i aşağılayır. Yetər e, yetər! Vallah-billah, yetər! O boyda ölkəyə futbol oynamağa gedən, hədəfləri böyük olan adam belə xırda-xuruş işlər və intriqalar ilə baş qatmamalıdı. Sənin Azərbaycana, futbolumuza, yığmamıza hansısa bağlılığın varsa, hələ də qol ümidlərimizdən sayılırsansa, onda hərəkətlərinə və əməllərinə çəki-düzən verməli, durumu düzəltməlisən.
Sənə oynamaq lazımdı, Mahir! Oyna və heç nəyə qarışma! Oyna, Mahir, oyna!
HUŞƏNG

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Fevral 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri