Icma.az
close
up
RU
Utilizasiya xərcləri maşının qiymətinə bərabər olanda... Ekspertdən TƏKLİF

Utilizasiya xərcləri maşının qiymətinə bərabər olanda... Ekspertdən TƏKLİF

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

"İcra hakimiyyətləri və sahə müvəkkiləri vətəndaşı avtomobilini utilizasiya etdirməyə təşviq etməlidir".

Bu fikirləri "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin təşkil etdiyi nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı media və ictimaiyyətin məlumatlandırılması ilə bağlı konfransda nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

O vurğulayıb ki, paytaxtda utilizasiya xidmətindən istifadə etmək sakinlər üçün əlçatan olsa da, regionlarla bağlı eyni fikri səsləndirmək olmur.

"Bölgələrdə vətəndaşların utilizasiya xidmətindən istifadəsinə kömək etmək lazımdır. Zaqataladan Bakıya avtomobili utilizasiya üçün gətirmək istəyən vətəndaş ən azı 200-300 manat evakuasiyaya görə ödəniş etməlidir. Doğrudur, yeni qaydalara əsasən 5 il ərzində ödənilməyən cərimələr silinir. Vətəndaş da 3 ildir cərimələrini ödəmir. O düşünəcək ki, utilizasiyaya görə avtomobilini Bakıya gətirsə, cərimələrini də ödəməli olacaq, evakuatora da 200-300 manat ödəməlidir, bəzi sənədləri də əldə etmək üçün ödənişləri hesablayır. Nəticədə görür ki, avtomobili utilizasiyaya aparmaq üçün çəkdiyi xərclər maşının qiymətinə bərabər olur, ona görə də avtomobili utilizasiyaya aparmaqdansa həyətdə çürüməyinə razı olur. Vətəndaş bilmir ki, o, həyətində “zəhər tuluğu” saxlayır. Bölgələrdə utilizasiya ilə bağlı ciddi təbliğat işlərinə ehtiyac var. Bu məsələdə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və polis əməkdaşlığı yüksək nəticələrin əldə olunmasına gətirib çıxaracaq. Eləcə də, yerli icra nümayəndələri bu məsələdə həmrəy olmalıdır. Çünki onlar hamımızdan daha yaxşı bilir ki, kim həyətində nə saxlayır, kimin darvazasının qabağında hansı maşın “yatızdırılır”. Bu mövzuda icra hakimiyyətləri və sahə müvəkkiləri vətəndaşı avtomobilini utilizasiya etdirməyə təşviq etməlidir”.

Ekspert həmçinin qeyd edib ki, utilizasiya ilə bağlı bəzi vətəndaşların soyuq münasibəti olsa da, başqaları həyətində çürütdüyü avtomobilə son qazanc yeri kimi baxır:

“Ölkəmizdə utilizasiya prosesinin ilk dövrlərində istismar müddəti bitən avtomobillərin alveri ilə məşğul olan işbazlar var idi. Onlar gedib vətəndaşdan həmin avtomobili çox aşağı qiymətə alır və gətirib utilizasiyaya verib daha yüksək məbləğ əldə edə bilir. Bu adamlar bu mövzuya biznes kimi yanaşır. Lakin elə vətəndaşlar var ki, həmin istismar müddəti bitən maşınına evinin dolanışığı, ailəsinin qazanc yeri kimi baxır. Gələcəkdə dövlət bu məsələlərdə yanaşmanı dəyişsə, yaxşı olar. Bu şəxslər arasında fərqli yanaşma tərzinə ehtiyac var. Utilizasiyaya görə vətəndaşa ödənilən məbləğlərdə də fərq bilinməlidir”.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Dekabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri