Icma.az
close
up
RU
Utilizasiya prosesində qiymətləndirmə fərdi qaydada aparılsın EKSPERTDƏN TƏKLİF

Utilizasiya prosesində qiymətləndirmə fərdi qaydada aparılsın EKSPERTDƏN TƏKLİF

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Utilizasiya prosesi köhnə avtomobillərin istismardan yığışdırılmasına xidmət edir, ətraf mühitə zərərli maddə kimi atılmasının qarşısını alır. Avtomobil utilizasiya fonduna təhvil verilir ki, orada da utilizatorlar həmin nəqliyyat vasitələrini qaydalar çərçivəsində yox edirlər, yəni maddələr torpağa qarışmır, havaya, suya atılmır. Avtosfer.az xəbər verir ki, bunu "demokrat.az"a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

"Azərbaycanda utilizasiya ənənəsi formalaşmayıb. Uzun illər bu sahədə boşluq oldu. İndi kəndlərdə, rayonlarda köhnə maşınlara çox rast gəlinir. Təkər, detal yox, quru material qalıb, yəni bu eybəcər bir variantdır. İnsanlar həmin avtomobilləri təhvil verirlər və dövlət tərəfindən onlara bu cür avtomobillərə görə normal bir məbləğdə ödəniş olunur. Bir az normal vəziyyətdə olan avtomobillərlə müqayisədə bu məbləğ çox azdır. Bəzi insanlar var ki, ailəsinin dolanışığı o maşından çıxır. Onun da bazar dəyəri  2000-3000 manatdır. Amma dövlət ona 1500 manat pul verir, hələ o da nağd şəkildə alsa, 1000 manat, qalanı faiz tutulur. Bəzi adamlar üçün bu məbləğ toy-bayramdır, bəzi adamlar üçün ağır şərt. Ona görə  təklif edirik ki, utilizasiya prosesində qiymətləndirmə fərdi qaydada aparılsın, insanların sosial durumu nəzərə alınsın. Bunu da nəzərə alsaq, utilizasiya çox maraqlı və həvəsləndirici bir sistem kimi insanların könüllü şəkildə müraciət edə biləcəyi bir mənbə rolunu oynayacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 İyul 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see347

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see308

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see276

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see266

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see258

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see247

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see247

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see245

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see233

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see232

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see225

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see222

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see220

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see219

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see212

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see208

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see208

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see187

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see177

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri