Utziq gedir, bəs Suma? klubdan rəsmi açıqlama
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İyunun 14-də təlim-məşq toplanışlarına start verən “Zirə” ötən mövsüm bir neçə futbolçunun özünü fərdi baxımdan göstərməsi ilə fərqləndi.
Sosial şəbəkələrdə məşqlərdən şəkillər paylaşan paytaxt təmsilçisinin toplanışında getməyə əsas namizəd olan iki legioner - Salifi Suma və Rafael Utziq gözə dəymədi. Bu isə ağla futbolçuların artıq komandadan ayrıldığını və ya hələ də vətənlərində olduğunu gətirir.
“Football-plus.az” məsələni dəqiqləşdirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə ilə əlaqə saxlayıb. Həmkarımız Sumanın məşqlərə qatıldığını desə də, eyni sözləri Utziqə aid etməyib:
“Bu barədə Rəşad Sadıqov da danışıb. Utziq hələ ki komandamızın futbolçusudu, amma transferə çıxarılıb, ona görə də məşqlərə qatılmır”.
MÜZƏFFƏR QULUZADƏ
Baxış sayı:92
Bu xəbər 23 İyun 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















