Icma.az
close
up
RU
Üz dərisinin qurumasının əsas səbəbləri Kosmetoloq açıqladı

Üz dərisinin qurumasının əsas səbəbləri Kosmetoloq açıqladı

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəziləri soyuğun dəriyə xeyri olduğunu, cavan saxladığını düşünürlər. Ancaq qışda üz dərisi şaxta, soyuq, küləyə məruz qaldığından problemlər yaranır. İnsanların şikayət etdiyi belə problemlərdən biri də üz dərisinin quruması və qabıqlanmasıdır.

Bəs problemi azaltmaq və dərini qorumaq üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-kosmetoloq Gülər İbrahimova bildirdi ki, qışda havaların soyuması ilə bədənin vitamin balansı pozulur və bu da dərinin qurumasına səbəb olur:

"Vitamin azaldığı üçün dərimiz qurumağa başlayır və soyuq hava ilə təmas etdikdə qabıqlanma başlayır. Nəticədə cansızlaşma, solğun görünmə halları baş verir. Bunlardan qorunmaq üçün müalicə protokolunu düzgün təyin etmək lazımdır. Bura yerli səthi və daxili müalicə üsulu daxildir. Ümumiyyətlə qış aylarında analiz vermək lazımdır. Daxili odur ki, orqanizmimizdə hansı vitaminimiz çatmırsa, bunu mütləq şəkildə qəbul etməliyik. Bura D vitamini, dəmir, sink, B12 və digərləri daxildir. Çünki vitamin çatışmazlığı olanda dərimiz solur, quruyur, cansızlaşır və  qabıqlanmağa başlayır".

Kosmetoloqun sözlərinə görə, çölə çıxmazdan əvvəl nəmləndiricidən istifadə etmək şərtdir.

"Yerli səthi qulluq zamanı dərinin balansını qorumaq üçün müəyyən maska və kremlərdən istifadə olunur. Buna tərkibi zeytun yağlı, bal, kakos kimi digər üzü qurutmayan nəm saxlayan maskalar  əlavə edə bilərəm. Bunlar səthi üzə qulluq zamanı mütləqdir. Evdən çıxanda hər gün nəmləndirici çəkmək mütləqdir. Nəmləndirici çəkmədikdə üz quruyur, soyuq hava ilə təmasda olur və qabıqlanır. Onu da qeyd edim ki, havalar soyuyanda çox insanlar maye qəbulunu azaldırlar. Əksinə, havalar soyuduqca maye qəbulunu çoxaltmalıyıq. Çünki bədənimizdə su balansımız azaldığı üçün də dərimiz quruyur", - deyə Gülər İbrahimova bildirdi.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Yanvar 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri