Icma.az
close
up
RU
Üz kremi seçərkən nələrə diqqət etməliyik? Mütəxəssis həyəcan təbili çaldı

Üz kremi seçərkən nələrə diqqət etməliyik? Mütəxəssis həyəcan təbili çaldı

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Üz kremi alarkən diqqət etməli olduğunuz bir neçə əsas amil var. Bunlar cildinizin tipinə və ehtiyaclarına uyğun krem seçməyinizə kömək edəcək.

Bəs üz kremi alarkən nəzərə almalı olduğunuz əsas faktorlar hansılardır? 

Bu suala cavab tapmaq üçün bu sahənin mütəxəssislərindən biri olan, "Tenor" və "Lacinia" brendinin sahibi Nihad Yusifovla həmsöhbət olduq.

Mütəxəsiss Milli.Az-a açıqlamasında bildirdi ki, bir neçə amili nəzərə alıb cildimizin ehtiyaclarına uyğun doğru üz kremi seçə bilərik.

Onun sözlərinə görə, üz cildinin tipini öncədən müəyyən etmək mütləqdir:

"Əgər cildiniz qurudursa nəm saxlamasına kömək edəcək, zəngin və hidratlaşdırıcı xüsusiyyətlərə malik krem seçin. Qliserin, hyaluron turşusu və yağlı maddələr kimi nəm saxlayan tərkibə malik məhsullar yaxşı olar. Uox əgər yağlı cildə sahibsinizsə yüngül, su bazlı və yağsız məhsullar seçin. Cildin yağ istehsalını balanslaşdıran krem və toniklər seçmək daha uyğun olacaq. Qarışıq üz cildi olanlar isə həm yağlı, həm də quru bölgələr üçün balanslı məhsullar seçə bilər. Yəni həm nəmləndirici, həm də məsamələri tıxamayan formullar ideal olacaq. Həssas cildli xanımlar isə dermatoloji olaraq test edilmiş, parfümsüz və hipoalerjenik məhsullar seçərlərsə allergiya olmaqdan tam sığrtalanmış olacaqlar".

O, eyni zamanda iqlim şəraitinə də diqqət etməli olduğumuzu vurğulayıb.

"Quru iqlimdə şəraitində yaşayırsınızsa cildinizi güclü şəkildə nəmləndirən və quru havadan qoruyan kremlər seçməlisiniz. Qışda daha intensiv nəmləndirici krem istifadə etmək daha məsləhətlidir. İsti və rütubətli iqlimdə isə yüngül və həssas formullar seçin ki, cildinizdə ağırlıq yaratmasın. SPF (günəş qoruma faktoru) olan məhsullar da əhəmiyyətlidir. Yaş və ehtiyaclara gəldikdə isə gənc yaşda yəni 20-30 yaş arası xanımlar cildin təbii elastikliyini qorumağa kömək edən, çox ağır olmayan nəm artırıcı kremlər seçilməlidir. SPF (günəş qoruma) əlavə etmək də mütləqdir. Orta yaşda, yəni 30-50 yaş aralığında olan xanımlar anti-aging xüsusiyyətləri olan kremlərə üstünlük verməlidir. Kollagen istehsalını stimullaşdıran, qırışları azaldan və cildin elastikliyini artıran məhsullar daha faydalıdır. Yaşlı cild, yəni 50 yaşdan yuxarı xanımlar cildini daha çox nəmləndirməyə ehtiyacı olacaq. Daha qidalandırıcı, kollagen və elastin istehsalını dəstəkləyən krem və serumlar seçə bilərsiniz", - deyə mütəxəssis əlavə edib.

Bəs xanımlar cildini Günəşdən necə qorusun sualımıza isə belə Nihad bəy belə cavab verdi:

"Hər gün günəşə məruz qalmaqdan qorunmaq üçün SPF 30 və ya daha yüksək olan bir üz kremi seçməlisiniz. Bu, həm qırışların qarşısını alır, həm də cildin ağarmasına mane olur. Amma burada diqqət etməli olduğumuz məqam isə onun tərkibidir. Çalışsınlar təbii tərkiblərə üstünlük versinlər. Dərinizə uyğun təbii maddələrdən ibarət krem seçin. Məsələn aloe vera, yaşıl çay, e vitamini və narıncı ekstraktı kimi maddələr dərini qidalandırır. Kimyəvi maddələrdən qaçınmaq lazımdır. Parabenlər, sulfatlar və ftalatlar kimi zərərli kimyəvi maddələrdən qaçınmaq yaxşı olar, xüsusilə həssas ciltlər üçün. Hipoalerjenik və dermatoloji test edilmiş məhsullar həssas dərilərə sahib olanlar üçün bu tip məhsullar daha uyğun ola bilər. Məhsulun uyğunluğu da diqqət etməli məqamlardan biridir. Bunun üçün testlər edin. Yeni kremi istifadə etmədən əvvəl, kiçik bir sahədə test edin ki, allergik reaksiya və ya dəridə qızartı kimi problemlərin qarşısını alın. Bir də son olaraq deyim ki, məhsulun istifadə tarixinə fikir vermək lazımdır. Alacağınız kremin son istifadə tarixinə və saxlanma şəraitinə diqqət edin. Bu amilləri nəzərə alaraq, öz cildinizin ehtiyaclarına uyğun doğru üz kremi seçə bilərsiniz".

Xəyal
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Dekabr 2024 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri