Icma.az
close
up
RU
Üz kremi seçərkən nələrə diqqət etməliyik? Mütəxəssis həyəcan təbili çaldı KONKRET

Üz kremi seçərkən nələrə diqqət etməliyik? Mütəxəssis həyəcan təbili çaldı KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Üz kremi alarkən diqqət etməli olduğunuz bir neçə əsas amil var. Bunlar cildinizin tipinə və ehtiyaclarına uyğun krem seçməyinizə kömək edəcək.

Bəs üz kremi alarkən nəzərə almalı olduğunuz əsas faktorlar hansılardır?

Bu suala cavab tapmaq üçün bu sahənin mütəxəssislərindən biri olan, “Tenor” və “Lacinia” brendinin sahibi Nihad Yusifovla həmsöhbət olduq.

Mütəxəsiss Milli.Az-a açıqlamasında bildirib ki, bir neçə amili nəzərə alıb cildimizin ehtiyaclarına uyğun doğru üz kremi seçə bilərik.

Onun sözlərinə görə, üz cildinin tipini öncədən müəyyən etmək mütləqdir:

“Əgər cildiniz qurudursa nəm saxlamasına kömək edəcək, zəngin və hidratlaşdırıcı xüsusiyyətlərə malik krem seçin. Qliserin, hyaluron turşusu və yağlı maddələr kimi nəm saxlayan tərkibə malik məhsullar yaxşı olar. Uox əgər yağlı cildə sahibsinizsə yüngül, su bazlı və yağsız məhsullar seçin. Cildin yağ istehsalını balanslaşdıran krem və toniklər seçmək daha uyğun olacaq. Qarışıq üz cildi olanlar isə həm yağlı, həm də quru bölgələr üçün balanslı məhsullar seçə bilər. Yəni həm nəmləndirici, həm də məsamələri tıxamayan formullar ideal olacaq. Həssas cildli xanımlar isə dermatoloji olaraq test edilmiş, parfümsüz və hipoalerjenik məhsullar seçərlərsə allergiya olmaqdan tam sığrtalanmış olacaqlar”.

O, eyni zamanda iqlim şəraitinə də diqqət etməli olduğumuzu vurğulayıb.

“Quru iqlimdə şəraitində yaşayırsınızsa cildinizi güclü şəkildə nəmləndirən və quru havadan qoruyan kremlər seçməlisiniz. Qışda daha intensiv nəmləndirici krem istifadə etmək daha məsləhətlidir. İsti və rütubətli iqlimdə isə yüngül və həssas formullar seçin ki, cildinizdə ağırlıq yaratmasın. SPF (günəş qoruma faktoru) olan məhsullar da əhəmiyyətlidir. Yaş və ehtiyaclara gəldikdə isə gənc yaşda yəni 20-30 yaş arası xanımlar cildin təbii elastikliyini qorumağa kömək edən, çox ağır olmayan nəm artırıcı kremlər seçilməlidir. SPF (günəş qoruma) əlavə etmək də mütləqdir. Orta yaşda, yəni 30-50 yaş aralığında olan xanımlar anti-aging xüsusiyyətləri olan kremlərə üstünlük verməlidir. Kollagen istehsalını stimullaşdıran, qırışları azaldan və cildin elastikliyini artıran məhsullar daha faydalıdır. Yaşlı cild, yəni 50 yaşdan yuxarı xanımlar cildini daha çox nəmləndirməyə ehtiyacı olacaq. Daha qidalandırıcı, kollagen və elastin istehsalını dəstəkləyən krem və serumlar seçə bilərsiniz”, – deyə mütəxəssis əlavə edib.

Bəs xanımlar cildini Günəşdən necə qorusun sualımıza isə belə Nihad bəy belə cavab verdi:

“Hər gün günəşə məruz qalmaqdan qorunmaq üçün SPF 30 və ya daha yüksək olan bir üz kremi seçməlisiniz. Bu, həm qırışların qarşısını alır, həm də cildin ağarmasına mane olur. Amma burada diqqət etməli olduğumuz məqam isə onun tərkibidir. Çalışsınlar təbii tərkiblərə üstünlük versinlər. Dərinizə uyğun təbii maddələrdən ibarət krem seçin. Məsələn aloe vera, yaşıl çay, e vitamini və narıncı ekstraktı kimi maddələr dərini qidalandırır. Kimyəvi maddələrdən qaçınmaq lazımdır. Parabenlər, sulfatlar və ftalatlar kimi zərərli kimyəvi maddələrdən qaçınmaq yaxşı olar, xüsusilə həssas ciltlər üçün. Hipoalerjenik və dermatoloji test edilmiş məhsullar həssas dərilərə sahib olanlar üçün bu tip məhsullar daha uyğun ola bilər. Məhsulun uyğunluğu da diqqət etməli məqamlardan biridir. Bunun üçün testlər edin. Yeni kremi istifadə etmədən əvvəl, kiçik bir sahədə test edin ki, allergik reaksiya və ya dəridə qızartı kimi problemlərin qarşısını alın. Bir də son olaraq deyim ki, məhsulun istifadə tarixinə fikir vermək lazımdır. Alacağınız kremin son istifadə tarixinə və saxlanma şəraitinə diqqət edin. Bu amilləri nəzərə alaraq, öz cildinizin ehtiyaclarına uyğun doğru üz kremi seçə bilərsiniz”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Dekabr 2024 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri