Icma.az
close
up
RU
Üz və bədən dərisini cavanlaşdıran kosmetoloji vasitələr

Üz və bədən dərisini cavanlaşdıran kosmetoloji vasitələr

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müasir kosmetologiya üz və bədən dərisinin cavanlaşdırılması üçün çoxsaylı kosmetik vasitələr təklif edir.

Əgər siz xarici görünüşünüzü yaxşılaşdırmağa qərar vermisinizsə, onda mütləq müasir və ozünü təsdiq etmiş kosmetoloji mərkəzə müraciət edin. Burada həkim sizi diqqətlə müayinə etdikdən sonra, fərdi şəkildə olmaqla, məhz sizin üçün daha effektiv və sağlamlığınız üçün təhlükəsiz cavanlaşdırma sxemi hazırlayacaqdır. Üz və bədən dərisinin cavanlaşdırılması üçün müalicə kursuna müxtəlif proseduralar daxil ediləcəkdir. Onu da nəzərə almaq lazımdır ki, hər bir üsulun özünün də əks göstərişləri vardır.

Hesab olunur ki, dərinin qocalmasının əsas səbəblərindən biri onun toxumalarında oksigen çatışmazlığıdır.Ozonoterapiya- toxumalarda məhz oksigenin həcmini artıran proseduradır. Ozonoterapiya həm lazımi sahələrə dərialtı yerli inyeksiyalar şəklində, həm də bütün bədənə təsir etməsi üçün ozonlaşdırılmış fizioloji məhlulun damardaxili sistem şəklində yeridilməsi üsulu ilə aparılır. Nəticədə hüceyrələr səviyyəsində maddələr mübadiləsi sürətlənir, yeni hüceyrələr sintez olunur, kollagen və elastin hüceyrələrin yaranması sürətlənir, qırışlar hamarlaşır, dəri cavanlaşır, damar ulduzcuqları, piqment ləkələri yox olur.

Fotocavanlaşdırma (yüksək intensivli işığın köməyilə cavanlaşdırma) - cavanlaşdırmanın ən effektiv və məşhur üsullarından biridir. Fotocavanlaşdırmanın nəticəsində kiçik qırışlar, piqment ləkələri, damar ulduzcuqları yox olur, dərinin elastikliyi artır, üzün rəngi yaxşılaşır.

Lazerin təsiri altında dərinin strukturu yaxşılaşır, dəri elastik olur, kiçik qırışlar yox olur, piqment ləkələri solğunlaşır və ya tamamilə itir, üz konturu yaxşılaşır.

Lazerli cavanlaşdırmaya əks göstərişlər - hamiləlik, dərinin zədələnmələri və dəridəki irinli xəstəliklərin kəskinləşməsidir.

Məlum olduğu kimi krem, maska və bu kimi digər kosmetik vasitələr xaricə - dəri səthinə tətbiq edilmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələr dəriyə hopmalıdır. Əgər dərman vasitələrini, vitaminlər, kollagen və dərimizə lazım olan digər vasitələri mikroiynələrlə dərinin içərisinə yeritmiş olsaq, onda onların effekti daha güclü olar. Mezoterapiyanın da mənası məhz bundan ibarətdir.

Bəzi insanlarda dəri daxilinə yeridilmiş bu preparatlara qarşı allergik reaksiyalar ola bilər. Ona görə də cavanlaşdırma prosedurasını keçirməmişdən əvvəl həmin şəxs tam tibbi yoxlamadan keçməlidir. Mezoterapiyanın köməyi ilə dəri səpgilərini, sellüliti, piylənməni, qırışları, saçların tökülməsini, üz dairəsinin sallanmasını və s. halları müalicə etmək olar.

Mezoterapiyaya əks göstərişlər: öd daşı xəstəliyi, qanın laxtalanmasının pozulması, hamiləlik, əməliyyatdan sonrakı bərpa dövrü, onkoloji xəstəliklər və s.

Dərin pilinq (və ya “cilalanma”) - dərinin nazik üst qatının xüsusi aparat vasitəsi ilə cərrahi üsulla xaric edilməsidir. Dərin pilinqin köməyi ilə səpgiləri, kiçik qırışları, çapıqları, tatuirovkanı aradan qaldırmaq olar. Prosedura mütəxəssisdən böyük ehtiyat və peşəkarlıq tələb edir. Dərin pilinq ümumi narkoz və antibiotik qəbulu ilə həyata keçirilir. Sağalma prosesi 7-14 gün çəkir. Əməliyyatdan sonra 3 ay ərzində dərini mütləq günəş şüalarının təsirindən qorumaq lazımdır ki, piqment ləkələri əmələ gəlməsin. Bu prosedura dərinin ağır irinli xəstəlikləri, epilepsiya, ağır somatik xəstəliklər, keloid çapıqların əmələ gəlməsinə meyllilik olduğu hallarda və s. keçirilə bilməz.

Kimyəvi pilinq - bu prosedura zamanı dəriyə nazik qatla çəkilən müxtəlif turşuların köməyi ilə dərinin üst qatı xaric edilir. Bu cavanlaşdırma üsulu daha tez nəticə əldə etməyə imkan verir: dərin olmayan qırışlar, səpgilər aradan götürülür. Kimyəvi pilinqin ən başlıca çatışmazlıqlarından biri, tətbiq edildikdən sonra, bir həftə ərzində (istifadə olunan preparatlardan asılıdır) dəridə qızartının qalmasıdır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 06:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see399

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see300

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see243

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see230

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see219

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see216

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see209

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see203

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see192

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see190

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see186

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see184

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see182

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see182

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see181

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see180

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see180

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see168

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see167

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri