Icma.az
close
up
RU
Üzdəki bu ləkəyə diqqət edin: Ürək tutması və insult barədə xəbərdarlıq edə bilər

Üzdəki bu ləkəyə diqqət edin: Ürək tutması və insult barədə xəbərdarlıq edə bilər

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Alimlər infarkt və insult riskinin artmasına işarə edə biləcək mümkün bir əlamət müəyyənləşdiriblər. Söhbət ksantelazmadan – göz ətrafında, xüsusilə də göz qapaqlarında yaranan sarımtıl ləkə və ya lövhəciklərdən gedir. Stenford Universitetinin tədqiqatçıları bu vəziyyətin ciddi ürək-damar hadisələri ilə əlaqəli olub-olmadığını araşdırıblar.

Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri “Ateroskleroz” jurnalında dərc olunub.

Ksantelazma immun hüceyrələrinin, xüsusilə makrofaqların həddindən artıq miqdarda xolesterin və digər yağları toplaması nəticəsində yaranır. Bu vəziyyət çox vaxt qanda xolesterinin yüksək səviyyəsi ilə əlaqəli olur, lakin bu, hər zaman belə deyil.

Yağ yığıntılarının aterosklerozun inkişafında mühüm rol oynaması səbəbindən alimlər bu iki proses arasında əlaqənin ola biləcəyini ehtimal ediblər.

Alimlər təxminən 36 min insanı təhlil ediblər

Tədqiqat zamanı ksantelazması olan 17 925 nəfərin tibbi məlumatları təhlil edilib. Müqayisə üçün alimlər bu vəziyyəti olmayan eyni sayda insanı seçiblər.

Nəticələr diqqətçəkən olub. Müşahidənin ilk ili ərzində ksantelazması olan insanların təxminən 1 faizində ürək tutması baş verib. Bu, 178 xəstəyə bərabərdir. Nəzarət qrupunda isə belə hallar təxminən 0,35 faiz, yəni 63 nəfər olub.

İnsult hallarında da fərq müşahidə edilib. Ksantelazması olan insanlar arasında bu göstərici təxminən 0,95 faiz, nəzarət qrupunda isə 0,3 faiz təşkil edib.

Keçici işemik hücum, yəni “mini-insult” üçün göstəricilər müvafiq olaraq 0,6 və 0,19 faiz olub.

Mütləq göstəricilər aşağı olaraq qalsa da, ksantelazması olan insanlarda ürək-damar hadisələri riski bir neçə dəfə daha yüksək olub.

Risk illər sonra da qalırdı

Tədqiqatçılar iştirakçıları uzun müddət ərzində müşahidə ediblər. Zaman keçdikcə qruplar arasındakı fərq müəyyən qədər azalsa da, hətta 5 və 10 ildən sonra ksantelazması olan insanlarda ciddi ürək-damar hadisələri riski əhəmiyyətli dərəcədə yüksək olaraq qalıb.

Bununla yanaşı, bu əlaqə insanların qanında yağların normadan yüksək səviyyədə olub-olmamasından asılı olmayaraq müşahidə edilib.

Alimlər vurğulayırlar ki, bu, sarımtıl ləkələrin özünün infarkt və ya insulta səbəb olduğu anlamına gəlmir. Ksantelazma orqanizmdə gedən müəyyən proseslərin yalnız xarici əlaməti ola bilər.

“Apardığımız araşdırma göstərir ki, ksantelazma gələcəkdə baş verə biləcək ciddi ürək-damar hadisələri üçün risk faktoru kimi nəzərdən keçirilə bilər”, deyə tədqiqatın müəllifləri bildiriblər.

Nələrə diqqət yetirmək tövsiyə olunur?

Adətən insanlar ksantelazma ilə bağlı həkimə kosmetik səbəblərdən müraciət edirlər. Lakin tədqiqatçılar hesab edirlər ki, bu cür törəmələrin yaranması ürək-damar xəstəliklərinin risk faktorlarını əlavə olaraq yoxlatdırmaq üçün səbəb ola bilər.

Buraya, xüsusilə, xolesterinin səviyyəsi, arterial təzyiq və ürək-damar sisteminin sağlamlığını göstərən digər göstəricilər daxildir.

Alimlər vurğulayırlar ki, problemlərin erkən aşkarlanması həyat tərzini vaxtında dəyişməyə və zərurət yarandıqda müalicəyə başlamağa imkan verir.

Eyni zamanda, göz ətrafında sarımtıl ləkələrin yaranması insanın mütləq infarkt və ya insult keçirəcəyi anlamına gəlmir. Bu, yalnız riskin artmasına işarə edə biləcək mümkün göstəricidir və həkimlə müzakirə olunmalıdır.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Sentyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri