Icma.az
close
up
RU
Üzdəki ləkələr lupus əlaməti OLA BİLƏR

Üzdəki ləkələr lupus əlaməti OLA BİLƏR

Icma.az bildirir, News24 portalına istinadən.

Xalq arasında "kəpənək xəstəliyi" kimi tanınan lupus, immun sisteminin bədənə hücum etdiyi xroniki bir autoimmun xəstəlikdir. Uzm. Dr. Füsun Topçugil, lupusun düşündüyümüzdən daha geniş yayıldığını bildirir və erkən diaqnoz qoyulmadıqda böyrəklər, ürək və digər orqanların da zərər görə biləcəyini vurğulayır.

Bu barədə News24.az Miliyyet-ə istinadən xəbər verir. 

Xəstəliyin ən çox bilinən əlaməti üzdə kəpənək şəklində qızartı olsa da, bu tək əlamət deyil. Uzunmüddətli yorğunluq, səbəbsiz hərarət, oynaq ağrıları, ağız yaraları, günəşə qarşı həssaslıq, saç tökülməsi və böyrək problemləri də tez-tez rast gəlinir. Lupus bəzən sinsi şəkildə irəlilədiyi üçün bu əlamətlərə diqqət etmək vacibdir.

Diaqnoz və müalicə:

Diaqnoz üçün qan analizləri (xüsusilə ANA və anti-dsDNA testləri), sidik testi və lazım olduqda biopsiya tətbiq olunur. Müalicədə kortikosteroidlər, immunitet sistemini basdıran dərmanlar və sıtma əleyhinə preparatlar istifadə olunur. Müalicənin məqsədi xəstəliyin aktivliyini azaltmaq və orqan zədələnməsinin qarşısını almaqdır. Uyğun terapiya və müntəzəm nəzarətlə xəstələr uzun illər aktiv həyat sürdərə bilir.

Həyat tərzi dəyişiklikləri də vacibdir:

Lupus xəstələri günəşdən qorunmalı, stresi azaltmalı, siqaretdən uzaq durmalı və antioksidant, omega-3 baxımından zəngin qidalarla qidalanmalıdır. Yaxşı yuxu və stressin idarə olunması da xəstəliyin gedişinə müsbət təsir göstərir.

Dr. Füsun Topçugil xəstələrə səslənir:

"Əgər lupusdan şübhələnirsinizsə və ya bədəninizdə izah olunmayan əlamətlər varsa, mütləq bir mütəxəssisə müraciət edin. Müalicə fərdi planlanmalı və daimi həkim nəzarətində aparılmalıdır."

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 İyul 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see340

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see330

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see257

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see256

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see243

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see240

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see228

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see222

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see218

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see217

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see208

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see203

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see193

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see193

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see184

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see180

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see165

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see165

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri