Icma.az
close
up
RU
Üzərlik bitkisinin “qara üzü”...

Üzərlik bitkisinin “qara üzü”...

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Əsrlərdir Şərq mədəniyyətində, xüsusən də Azərbaycanda bəd nəzərdən qorunmaq və mənfi enerjini təmizləmək üçün yandırılan üzərlik (harmala) bitkisi ilə bağlı beynəlxalq səviyyədə ciddi qadağalar tətbiq olunmağa başlayıb.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, tərkibindəki güclü kimyəvi birləşmələrə görə bu bitki artıq bir çox xarici dövlətdə rəsmən "narkotik tərkibli vasitə" və "psixoaktiv maddə" kimi qəbul edilir.

Səhiyyə mütəxəssislərinin və rəsmi qurumların yaydığı məlumatlara görə, üzərlik bitkisinin, xüsusən də onun toxumlarının tərkibində harmin, harmalin, harmalol və tetrahidroharmin kimi güclü alkaloidlər mövcuddur. Bu maddələr mərkəzi sinir sisteminə birbaşa təsir göstərən psikoaktif birləşmələrdir.

Ekspertlər bildirirlər ki, üzərliyin toxumları yüksək dozada qəbul edildikdə və ya bəzi maddələrlə qarışdırıldıqda insanda halüsinasiyalara, şüur dəyişikliyinə və güclü asılılığa səbəb olur. Bizim məişətdə istifadə etdiyimiz ənənəvi tüstülənmə zamanı yaranan yüngül başgicəllənmə və rahatlıq hissi də məhz bu psixoaktiv maddələrin beyindəki serotonin və dopamin səviyyəsini qəfil artırmasından qaynaqlanır.

Hansı ölkələrdə tam qadağandır? – Ağır həbs cəzaları

Üzərliyin tərkibindəki bu xüsusiyyətlər dünya hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib və kəskin qərarların verilməsinə yol açıb:

Rusiya: Rusiya hökumətinin rəsmi qərarı ilə üzərlik (Peganum harmala) bitkisi rəsmən “narkotik vasitələr ehtiva edən bitkilər” siyahısına salınıb. Ölkəyə üzərlik gətirilməsi, satışı və saxlanılması cinayət məsuliyyəti yaradır və şəxsi 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.

Səudiyyə Ərəbistanı və BƏƏ: Bu ölkələrdə üzərlik ciddi psixoaktiv maddə hesab olunur. Gömrükdə aşkarlanması ağır həbs və dərhal deportasiya ilə nəticələnir.

Fransa və Kanada: Fransada hələ 2005-ci ildən üzərlik və ondan alınan ekstraktların satışı tam qadağan edilib. Kanadada isə tərkibindəki alkaloidlər "Schedule III" (nəzarət edilən təhlükəli maddələr) siyahısındadır.

Avstraliya və ABŞ: Avstraliyada bu bitkidən yalnız elmi məqsədlərlə istifadəyə icazə verilir. ABŞ-ın bir sıra ştatlarında (məsələn, Luiziana) isə tamamilə qadağan olunub.

Azərbaycanda vəziyyət necədir?

Azərbaycanda üzərlik yandırmaq qədim xalq adəti olduğundan daxili bazarda hər hansı bir qadağa mövcud deyil. Bitki bazarlarda sərbəst şəkildə satılır. Lakin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanuna əsasən, gələcəkdə bu növ bitkilərin dövriyyəsinə nəzarət edilə bilər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 May 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri