Azərbaycanda Qara cümə endirimlərinin görünməyən üzü
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da mağazalar "Qara cümə" (Black Friday) kampaniyasına hazırlaşır. Noyabrın 27-də keçiriləcək endirim aksiyası zamanı müxtəlif məhsulların qiymətində 30, 50, hətta 70 faizə qədər güzəştlər elan olunacağı gözlənilir. Lakin bu endirimlərin nə dərəcədə real olduğu istehlakçıları düşündürən əsas məsələlərdəndir.
Milli.Az-ın araşdırmasına görə, hər il böyük maraqla gözlənilən bu kampaniya zamanı bəzi mağazalar məhsulların qiymətini əvvəlcədən artıraraq daha sonra endirim görüntüsü yarada bilirlər.
Belə hallarda alıcı yüksək faizlə endirim əldə etdiyini düşünsə də, məhsulun son qiyməti əvvəlki satış qiymətindən ciddi şəkildə fərqlənməyə bilər.
2026-cı ilin noyabrında aparılan qiymət araşdırması da bu məsələnin aktuallığını göstərir. Qiyasla platformasının 8 noyabr tarixli araşdırmasına əsasən, 52 mağazada izlənilən 30 268 endirimli təklifin 86 faizi real endirim meyarlarına cavab verməyib. Elan olunan orta endirim 19,5 faiz olduğu halda, real qiymət güzəşti orta hesabla 2,3 faiz təşkil edib.
Bəs istehlakçılar "Qara cümə" kampaniyası zamanı aldadılmamaq üçün nələrə diqqət etməlidirlər?
İlk növbədə, məhsulun yalnız endirimli qiymətinə deyil, əvvəlki satış qiymətinə də baxmaq lazımdır. Eyni məhsulun digər mağazalarda neçəyə satıldığını müqayisə etmək də real güzəşti müəyyənləşdirməyə kömək edir.
Digər vacib məqam alış-verişi əvvəlcədən planlaşdırmaqdır. İstehlakçılar almaq istədikləri məhsulların qiymətini kampaniyadan bir neçə həftə əvvəl izləsələr, endirimin həqiqətən sərfəli olub-olmadığını daha asan müəyyən edə bilərlər.
Qeyd edək ki, istehlakçıların məhsulun qiyməti və keyfiyyəti barədə düzgün məlumat almaq hüququ var. Qiymət və endirimlə bağlı aldadıcı məlumatlarla rastlaşan şəxslər müvafiq dövlət qurumlarına müraciət edə bilərlər.
Milli.Az saytının baş redaktor müavini Fərid Zöhrabov
Baxış sayı:54
Bu xəbər 19 Noyabr 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















