Icma.az
close
up
RU
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? Rusiyada qadağan edilən bitkinin SİRRİ

Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? Rusiyada qadağan edilən bitkinin SİRRİ

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Üzərliyin mistik təsirinin səbəbi əslində, onun tərkibində yatır. Üzərlikdə olan maddələr əsrlər boyu insanlarda tüstüdən sonra yüngül başgicəllənmə, dəyişmiş şüur vəziyyəti və sakitləşmə hissi yarada bilib. Həmin vaxt insanlarda yaranan rahatlıq hissi "enerji təmizləndi" inancını gücləndirib.

Kimsə tərifləndikdə, uğur qazandıqda, yeni evə köçdükdə, yeni işə qəbul olunduqda, hətta işlər tərs getdikdə, uşaq səbəbsiz ağladıqda belə, o bitki imdadımıza çatır. Söhbət üzərlikdən gedir. Dərhal yandırılır, hər yer tüstüyə qərq olur, problemlər, mənfi enerjilər sanki onunla birlikdə pəncərədən çıxır. Bəzən bu tüstünün bütöv bir taleyi dəyişdirəcəyinə inanırıq. Məsələn, toylarda, nişan mərasimlərində, elçiliklərdə, gəlinin arxasınca yandırılan üzərlik çox mühüm detaldır. Lakin son zamanlar bizim üçün qalxan rolunu oynayan bu bitki hüquqi müzakirə mövzusudur.

Məsələn, çox uzaqda deyil, qonşu Rusiyada üzərlik narkotik vasitə kimi qiymətləndirilir. Hətta bəzi aviaşirkətlər xarici səyahətlər zamanı bu bitkini özünüzlə götürməməyi tövsiyə edir. Maraqlıdır, üzərlik həqiqətən "göz qaytarırmı"?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Tüstü və alovun pis ruhları qovduğuna inanılır"

Folklorşünas Elxan Yurdoğlu deyir ki, üzərlik ritualı təkcə Azərbaycanda deyil, Orta Şərq-Mərkəzi Asiya mədəniyyətində də inanc sistemi olan ritualdır. Bu inancın kökləri İslamdan əvvəlki dövrlərə qədər gedib çıxır:

"Türk və İran mifoloji düşüncəsində də üzərlik ritualı mövcud olub. Bəzi fikirlərə görə, bu ritualın əsas kökü Zərdüştilik dünyagörüşü ilə əlaqəlidir. Tüstü və alovun pis ruhları qovduğuna inanılır".

İnsanla şər qüvvə arasında simvolik sərhəd

Həmsöhbətimiz deyir ki, Azərbaycan folklor düşüncəsində "gözdəymə" təkcə məişət inancı deyil, onun mifoloji-semantik sistemin bir parçası olduğu düşünülür:

"Yəni bu anlayış həm kosmoloji, həm sosial, həm də psixoloji çəkiyə və qatlara malikdir. Burada semantik qat dedikdə enerjinin və baxışın sanki maddiləşməsi, yəni insan enerjisi və həsədli baxışların təsir edə bilən güc formasına keçməsi nəzərdə tutulur. Animistik dünyagörüşə görə, insanın daxilində enerji var, buna ruhun qüvvəsi də deyə bilərik. Bu enerji isə özlüyündə baxış vasitəsilə qarşı tərəfə təsir edə, ötürülə bilər. Xalq düşüncəsində belə bir inanc var ki, gözdəymə zamanı qazanılan uğurun qarşısı alına bilər. Üzərlik isə mifoloji sistemdə qoruyucu vasitədir və əsrlərdir xalq arasında təmizləyici funksiya daşıyıcısıdır. Üzərlik yanarkən onun çıtırtılısı mənfi enerjini dağıtmaq, qovmaq, pis gözləri "çıxarmaq", "yandırmaq" gücünə malikdir. Hətta üzərliyin yandırılması zamanı tüstünün insanla şər qüvvə arasında simvolik sərhəd yaratmasına inanılır. Günümüzdə üzərlik yandıranların bir çoxu bunu artıq keçmişdən qalan bir ənənənin davamı kimi yerinə yetirirlər. Bu gün evlərdə üzərlik yandıran nənələrimiz, analarımız kollektiv yaddaşı imitasiya edirlər, yamsılayırlar".

"Üzərliyin qoruyucu təsiri olduğuna inanıram"

Folklorşünas bildirir ki, üzərlik qədim dövrlərdən mistik və şəfalı ot kimi istifadə olunub. Buna görə də şəfaverici xüsusiyyətlərdən çıxış edən əcdadlarımız ona "gözqaytarma" funksiyası da yükləyiblər:

"İnanc sisteminə oturan və davamlılıq qazanan bir ritualı xalqın düşüncəsindən çıxarmaq çətin məsələdir. İnsan inanırsa, bunu dəyişmək çətindir. Mən də üzərliyin müəyyən qoruyucu təsirinin olduğuna inananlardanam. "Belə bir gücü var və ya yoxdur" demək, qəti hökm verməkdir ki, xalq düşüncəsində buna çox da yer yoxdur. Xalq düşüncə sistemində formalaşmış inanc çox vaxt uzun əsrlik təcrübələrin nəticəsi kimi qəbul edilir. Buna görə də folklor irsinin tamamilə yanıldığı qənaətində deyiləm".

NLP və enerji mütəxəssisi Nuranə Camal deyir ki, üzərlik harmin, harmalin və harmalol kimi kimyəvi tərkib və aktiv maddələrə malik olduğu üçün insan bədənində serotonin, dopamin və noradrenalin kimi neyromediatorların parçalanmasını azalda, ürəkbulanmaya, başgicəllənməyə, hallüsinasiyalara və sinir sistemi pozuntularına səbəb ola bilər: "Orta Şərq, Hindistan və Şimali Afrikanın bəzi bölgələrində qadın sağlamlığı ilə bağlı xalq təbabətində istifadə olunub. Bu inancın arxasında bitkinin tərkibində olan harmalin və harmin kimi güclü bioaktiv alkaloidlərin uşaqlıq əzələlərinə təsir edə bilməsi ehtimalı dayanır. Üzərliyin toxumları yalnız tibbi və ritual məqsədlərlə deyil, həm də boyaq mənbəyi kimi istifadə edilib".

"İnanc olan yerdə cansız daş da can tapa bilər"

Həmsöhbətimiz bildirir ki, üzərliyin mistik təsirinin səbəbi əslində, onun tərkibində yatır:

"Üzərlikdə olan maddələr əsrlər boyu insanlarda tüstüdən sonra yüngül başgicəllənmə, dəyişmiş şüur vəziyyəti və sakitləşmə hissi yarada bilib. Həmin vaxt insanlarda yaranan rahatlıq hissi "enerji təmizləndi" inancını gücləndirib. Tarix boyu davam edən bu inanc bu günə qədər gəlib çatıb və insanların şüurunda üzərlik xüsusi enerjiyə, mistik gücə malik bitki kimi formalaşıb. Düşünürəm ki, Azərbaycan ailələrinin ən azı bir üzvü üzərlik gördükdə onu göz-nəfs təmizləyən bitki kimi qəbul edir və nəticə etibarilə üzərliyə olan inancımız neqativ enerjilərin təsirini azaltmağa xidmət edir. Necə deyərlər, inanc olan yerdə cansız daş da can tapa bilər".

"Üzərliyin istifadəsi ilə bağlı birbaşa qadağa mövcud deyil"

Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığının qorunması və maarifləndirilməsi məqsədilə üzərlik bitkisinin tərkibi, onun insan orqanizminə təsiri və bu sahədə mövcud olan risklər barədə məlumat paylaşıb. Məlumata görə, üzərlik bitkisinin tərkibində olan harmin, harmalin, harmalol, tetrahidroharmin kimi alkaloidlər elmi ədəbiyyatda "harmala alkaloidləri" və ya "beta-karbolin alkaloidləri" adlanır. Bu qrup alkaloidlər mərkəzi sinir sisteminə təsir göstərən psixoaktiv birləşmələrdir. Bu maddələr beynin müəyyən funksiyalarına təsir edərək sinir impulslarının ötürülməsini dəyişdirir.

Ölkədə bu bitkinin qadağasına gəldikdə isə, qurumdan bildirilir ki, hazırda üzərliyin istifadəsi ilə bağlı birbaşa qadağa mövcud deyil. Lakin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanuna əsasən, tərkibində narkotik və ya psixotrop təsirli maddələr olan bitkilərin kultivasiyası, idxalı, satışı və istifadəsi məhdudlaşdırıla bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Mart 2026 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri