Üzeyir Hacıbəylinin ölməz Arşın mal alan operettasının tamaşası keçirildi FOTO
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasının Konsert Salonunda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında növbəti dəfə Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" operettasının tamaşası keçirildi. Bir əsrdən artıqdır ki Azərbaycanın müxtəlif teatrlarında bu əsər səhnələşdirilir və müvəffəqiyyətlə ifa olunur.
Tamaşada əsas rolları Əsgər - Fəhmin Əhmədli, Soltan bəy - Əməkdar artist Cahangir Qurbanov, Süleyman - Əməkdar artist Tural Ağasıyev, Telli - Xalq artisti Gülyaz Məmmədova, Gülçöhrə - Günel Hacıyeva, Asya - Aysel İbrahimova, Cahan xala - Xalq artisti Gülüstan Əliyeva, Vəli obrazını isə Sadiq Məlikov ifa ediblər.
Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, baletmeysteri - Xalq artisti Mədinə Əliyevadır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 29 Dekabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















