Aşqabadda Üzeyir Hacıbəylinin “Arşın Mal Alan” tamaşası nümayiş olunub
Icma.az, 525.az saytına istinadən bildirir.
Türkmənistanın paytaxtı Aşqabadda A.S.Puşkin adına Rus Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsəri “Arşın mal alan” tamaşası ənənəvi olaraq səhnəyə qoyulub.
525.az-a bu barədə Azərbaycanın Türkmənistandakı Səfirliyindən məlumat verilib.
Azərbaycan klassik musiqisinin incisi sayılan bu əsər Aşqabad səhnəsində tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tamaşanı Azərbaycanın Türkmənistandakı Səfirliyinin kollektivi və onların ailə üzvləri də izləyib. Axşamın sonunda səfirlik əməkdaşlarının övladları sənətçilərə gül dəstələri təqdim edərək, mədəniyyət ustalarını təbrik ediblər.
Qeyd olunub ki, “Arşın Mal Alan” tamaşası Türkmənistanın mədəniyyət həyatında xüsusi yer tutur. Tamaşa Aşqabadda müxtəlif teatrlarda səhnəyə qoyulur, 1980-ci illərdən etibarən isə bu əsər Aşqabaddakı A.S.Puşkin adına Rus Dram Teatrında müntəzəm olaraq səhnələşdirilir. Əsər həm yerli, həm də xarici tamaşaçılar tərəfindən böyük rəğbət və maraqla izlənilir, teatrsevərlər tərəfindən yüksək qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 07 Aprel 2025 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















