Icma.az
close
up
RU
Üzük falı, duzlu kökə və daha nələr... Ən məşhur İlaxır falları

Üzük falı, duzlu kökə və daha nələr... Ən məşhur İlaxır falları

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda Novruz bayramı öncəsi dörd çərşənbənin sonuncusu - İlaxır çərşənbə qeyd olunur. Xalq arasında "Torpaq çərşənbəsi" kimi tanınan bu gün təkcə təbiətin oyanışı deyil, həm də minilliklərdən süzülüb gələn sirli inanclar və fallarla zəngindir.

Bəs, bu axşam hansı fallara baxmaq olar?

1. Qapı pusmaq: Bu falın ən vacib şərti evlərdə xoş sözlərin danışılmasıdır. Niyyət tutub qonşu qapısını pusan şəxs eşitdiyi ilk sözə görə ilin necə keçəcəyini yozur. Əgər xoş söz eşidilərsə, niyyətin həyata keçəcəyinə inanılır.

2. Üzük falı: Subay qızların ən çox müraciət etdiyi faldır. Bir stəkan suya saç telinə bağlanmış üzük salınır. Üzük stəkanın divarlarına neçə dəfə dəyərsə, həmin qızın o yaşda ailə quracağına inanılır.

3. Duzlu kökə: İlaxır çərşənbəsində edilən digər məşhur fal növlərindən biri duzlu kökə falıdır. Bu falda axşam duzlu kökə yeyilir və su içilmədən yatılır. İnanca görə, yuxuda su verən şəxs gələcək qismət sayılır.

4. İynə falı: Bir başqa maraqlı fal növlərindən biri də iynə falı hesab olunur. Su ilə doldurulmuş qabın içinə iki iynə salınır. İnanca görə, iynələr suyun üzərində bir-birinə doğru hərəkət edib yaxınlaşarsa, bu, sevgi və qismətin yaxınlaşması kimi yozulur. Əgər iynələr bir-birindən uzaq düşərsə, niyyətin həyata keçməsi üçün hələ zamanın yetişmədiyi düşünülür.

5. Alma falı: Axır çərşənbə gecəsi ilə bağlı maraqlı inanclardan biri də alma ilə edilən faldır. İnanca görə, həmin gün alma yeyilir, gecə isə almanın toxumları sayılır. On ədəd toxum dənəsi yastığın altına qoyularaq yatılır. Deyilənə görə, insan yuxuda gələcək qismətini görə bilər.

Az bilinən fal növlərindən biri də alma qabığı falıdır. Bu fal zamanı qızlar almanı soyarkən qabığın qırılmamasına və mümkün qədər uzun çıxmasına çalışırlar. Daha sonra qabıq arxaya doğru atılır. İnanca görə, yerə düşən qabığın forması hansı hərfə bənzəyərsə, gələcək həyat yoldaşının adının həmin hərflə başlayacağı düşünülür.

6. Suya baxmaq falı: Bir kasa su doldurulur və içinə bir neçə damcı əridilmiş şam damızdırılır. İnanca görə, şamın su üzərində yaratdığı formalar hərflərə bənzəyir. Həmin hərf, fal açılan şəxsin qismətindəki gələcək həyat yoldaşının adının ilk hərfi kimi yozulur.

Ölkə.Az,

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:559
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Mart 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri