Icma.az
close
up
RU
Üzüm bağlarında təhlükəli XƏSTƏLİK Hektarlarla sahə RİSK altındadır

Üzüm bağlarında təhlükəli XƏSTƏLİK Hektarlarla sahə RİSK altındadır

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Salyan və ətraf bölgələrdə üzüm bağları bu il ciddi təhlükə ilə üz-üzədir. Göbələk xəstəliklərinin sürətlə yayılması məhsuldarlığa ağır zərbə vurub. Fermerlər bildirirlər ki, aparılan dərmanlama və digər mübarizə tədbirlərinə baxmayaraq, xəstəliyin qarşısını tam almaq mümkün olmur. Nəticədə, hektarlarla üzüm sahəsindən ötən illərlə müqayisədə xeyli az məhsul gözlənilir.
Bəs göbələk xəstəliklərinin bu qədər geniş yayılmasının səbəbi nədir və vəziyyətdən çıxış yolu varmı?
 

MÖVZU İLƏ BAĞLI:
“National Geographic” Azərbaycan şərablarından YAZDI – Şərabçılıq tariximizdəki ALMAN İZLƏRİ


Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yaz fəslində havalar əksər bölgələrdə əsasən yağışlı, havanın temperaturu isə qeyri-sabit keçdiyinə görə, belə rütubətli hava şəraitində bir sıra göbələk xəstəlikləri, o cümlədən üzümdə Mildiu və Oidium kimi xəstəliklər inkişaf etməyə başlayıb:
“Bu xəstəliklər üzümlüklər üçün böyük təhlükədir. Mildiu xəstəliyi tənəyin bütün yaşıl orqanlarını zədələyir, məhsuldarlığı kəskin aşağı salır, hətta tənəyi məhv edə bilir. Bu xəstəliyin inkişafı digər canlılar kimi ətraf mühit amillərindən asılıdır və müəyyən, qanunauyğun inkişaf dinamikasına malikdir. Eləcə də, Oidium xəstəliyi qədər üzümlüklərin təhlükəli xəstəliklərindən biri sayılır. Son dövrlərdə havaların qeyri-sabit keçməsi, temperatur və nəmliyin dəyişməsi, xəstəliyin yaranmasına şərait yaradır”.
Nazirlikdən əlavə olundu ki, xəstəlik lokal xarakterlidir, digər bölgələrə yayılmayıb.
Həmçinin fermerlərə tövsiyə olundu ki, xəstəliyin əlamətləri müşahidə olunduqdqa Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizəsi və Fumiqasiya Mərkəzinin rayon mərkəzlərinə müraciət etsinlər ki, mütəxəssislər tərəfindən vaxtında mübarizə aparmaq üçün müvafiq məsləhət və tövsiyələr əldə edə bilsinlər.
Şəfiqə Şəfa, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 İyul 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri