Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Kuryer çantalarındakı RİSK Təhlükəli xəstəlik daşıyıcısı

Kuryer çantalarındakı RİSK Təhlükəli xəstəlik daşıyıcısı

Lent az saytına istinadən Icma.az xəbər verir.

Kuryerlərin qida daşınmasında istifadə etdikləri çantaların içərisi adətən çirkli olur. Xüsusən, qazlı içkilər və şorba kimi sulu yeməklər gətirilərkən axmış, tökülmüş vəziyyətdə olur. Bu isə birbaşa çatdırılma çantalarını çirkləndirir. Növbəti sifarişlərdə başqa qidalar da həmin çantalarla təmasda olur.

Bəs görəsən, qida qalıqlarının çantada qalması, təmizlənmədən başqa yeməklərin daşınması hansısa bakteriyaları formalaşdıra bilərmi? Bu halın insan sağlamlığı üçün hansı fəsadları var? Düzgün qida daşınması necə həyata keçirilməlidir?

İnfeksionist-hepatoloq Mərdan Əliyev Lent.az-a açıqlamasında bildirib ki, yemək çantalarının düzgün təmizlənməməsi ciddi sağlamlıq təhlükələrinə səbəb ola bilər:

“Qida çatdırılması üçün istifadə olunan çantalara düzgün qulluq edilməməsi, onların vaxtında təmizlənməməsi və dezinfeksiya olunmaması bakteriyaların yaranmasına və çoxalmasına səbəb olur. Hətta həmin çantalara yemək tökülməsə belə, onlar mütəmadi olaraq təmizlənməli və dezinfeksiya edilməlidir. Çantaların içərisində yemək qalıqları varsa, bu, daha ciddi təhlükə yarada bilər. Çünki qida qalıqları müxtəlif bakteriyaların sürətlə artıb çoxalması üçün əlverişli mühit hesab olunur. Nəticədə çantanın daxilində antisanitar şərait yaranır.

Bakteriyalar belə mühitdə biofilm adlandırdığımız xüsusi bir təbəqə əmələ gətirə bilir. Biofilm bakteriyaların müxtəlif səthlər üzərində yaratdığı qoruyucu qatdır. Bu təbəqə formalaşdıqdan sonra mikroorqanizmləri adi silmə və təmizləmə üsulları ilə aradan qaldırmaq çətinləşir. Nəticədə həmin çantalar mikrobların çoxalması üçün mənbəyə çevrilə bilər.

Əgər belə çantalarda qida daşınırsa, müəyyən təhlükələr ortaya çıxır. Düzdür, qida hermetik şəkildə qablaşdırılıbsa və qablaşdırmanın bütövlüyü pozulmayıbsa, bakteriyaların birbaşa yeməyə keçmə ehtimalı nisbətən azdır. Lakin qablaşdırmanın xarici səthinə düşən bakteriyalar yeməyi açan şəxsin əlləri vasitəsilə qidaya keçə bilər. Bu isə qida çirklənməsinə və nəticədə zəhərlənməyə səbəb ola bilər.

Burada digər mühüm məsələ qidaların saxlanma şəraitidir. Bildiyiniz kimi, tez xarab olan qidalar otaq temperaturunda uzun müddət saxlanılmamalıdır. Ümumi qaydaya əsasən, belə qidaların otaq temperaturunda iki saatdan artıq qalması tövsiyə edilmir. Bu müddət bitdikdən sonra qida müvafiq temperatur şəraitində saxlanılmalı və ya istehlak olunmalıdır.

Kuryer vasitəsilə çatdırılan yeməklərdə isə bu məsələyə xüsusi diqqət yetirilməlidir. Çünki yeməyin hazırlanması, qablaşdırılması, kuryer tərəfindən götürülməsi və şəhərdəki tıxaclar səbəbindən ünvana çatdırılması bəzən iki saat, hətta daha uzun müddət çəkə bilər. Bu müddətdə qida lazımi temperaturda saxlanılmırsa, bakteriyaların çoxalması və qida zəhərlənməsi riski artır.

Xüsusilə qida qablarının hermetikliyinin pozulması daha ciddi təhlükə yaradır. Əgər qablaşdırma düzgün bağlanmayıbsa, qutunun qapağı açılıbsa və ya içəridəki qida çantaya sızıbsa, bakteriyaların yeməyə keçməsi asanlaşır. Hətta qablaşdırma bütöv olsa belə, qidanın daşınma və saxlanma qaydalarının pozulması insanların sağlamlığı üçün təhlükə yarada bilər.

Burada uşaqlar, yaşlı insanlar, hamilələr və immun sistemi zəif olan şəxslər xüsusilə həssas qruplardır. Bu şəxslərdə qida mənşəli infeksiyalar daha ağır fəsadlarla nəticələnə bilər. Ona görə də kuryer vasitəsilə gətirilən yeməklərin gigiyenik və temperatur təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir”.

İnfeksionist qeyd edib ki, kuryerlərin əllərinin təmiz olmaması da qidanın çirklənməsinə səbəb ola bilər:

“Digər mühüm məsələ isə kuryerlərin şəxsi gigiyenasıdır. Kuryer yeməyin özünə birbaşa toxunmasa belə, qablaşdırmanın qapağına və xarici səthinə toxunduqda mikroorqanizmlər həmin səthlərə keçə bilər. Daha sonra istehlakçı qablaşdırmanı açarkən əlləri vasitəsilə bakteriyaları qidaya daşıya bilər.

Bütün bunlara görə, kuryer vasitəsilə gətirilən yeməklərin mümkün qədər tez istehlak edilməsi, dərhal yeyilməyəcəksə, uyğun temperaturda saxlanılması vacibdir. Çatdırılma zamanı qidanın nə qədər müddət yolda qaldığına da diqqət yetirilməlidir.

Yeməyin soyuq gəlməsi onun uzun müddət yolda qalması ehtimalını göstərə bilər. Lakin təkcə temperaturuna toxunmaqla qidanın təhlükəsiz olub-olmadığını müəyyənləşdirmək mümkün deyil. Eyni zamanda yeməyin isti olması da onun mütləq təzə və təhlükəsiz olduğunu sübut etmir.

Uzun müddət uyğun olmayan temperaturda saxlanılmış yeməyi yenidən isitmək də bütün hallarda təhlükəni aradan qaldırmır. Çünki bəzi bakteriyaların yaratdığı toksinlər istiliyə davamlı ola bilər və qızdırılma zamanı tam məhv olmaya bilər.

Nəticə etibarilə, qida çatdırılması zamanı həm çantaların mütəmadi təmizlənməsi və dezinfeksiyası, həm kuryerlərin şəxsi gigiyenası, həm də yeməklərin düzgün temperaturda daşınması vacibdir. Bu qaydalara əməl edilməməsi bakteriyaların çoxalmasına, qidaların çirklənməsinə və insanlarda qida zəhərlənməsinə səbəb ola bilər”.

Qida eksperti Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, qida şirkət tərəfindən elə qablaşdırılmalıdır ki, daşınma zamanı dağılmasın və ətrafa sızmasın:

“Çatdırılma üçün nəzərdə tutulan yeməklər düzgün qablaşdırılmalıdır. Qida şirkət tərəfindən elə qablaşdırılmalıdır ki, daşınma zamanı dağılmasın və ətrafa sızmasın. Bu baxımdan vakuum qablaşdırma üsulundan istifadə edilməsi daha məqsədəuyğun ola bilər.

Məsələn, şorbanın dağılmasının qarşısını almaq üçün xüsusi qablaşdırma aparatlarından istifadə etmək mümkündür. Bu aparatlar vasitəsilə qabların ağzı kip bağlanır və daşınma zamanı mayenin kənara sızmasının qarşısı alınır. Qida çatdırılması ilə məşğul olan müəssisələr bu məsələyə xüsusi diqqət yetirməlidirlər.

Bundan əlavə, yeməklərin kuryerlər tərəfindən daşınması qida təhlükəsizliyi standartlarına uyğun həyata keçirilməlidir. İlk növbədə, kuryerlərin istifadə etdikləri çantaların içərisi təmiz saxlanılmalıdır.

Çox vaxt müşahidə edirik ki, daşınma zamanı yeməklər çantanın içərisinə dağılır. Bəzən həmin çantalar hər hansı bezlə silinir. Lakin o bezin nə dərəcədə təmiz olduğu, əvvəllər harada istifadə edildiyi məlum olmur. Bu isə əlavə çirklənmə riski yaradır.

Belə hallarda çantalar əvvəlcə yuyulub təmizlənməli, daha sonra qida daşınan səthlər üçün uyğun dezinfeksiyaedici vasitələrlə dezinfeksiya olunmalıdır. Təmizləmə zamanı birdəfəlik salfetlərdən və ya xüsusi təmiz bezlərdən istifadə edilməsi məqsədəuyğundur.

Biz tez-tez görürük ki, yeməklər daşınma zamanı dağılır, qablaşdırmanın alt hissəsi çirklənir və müxtəlif səthlərlə təmasda olur. Bütün bunlar çarpaz çirklənmə riskini artırır. Ona görə də kuryer çantaları hər gün, zərurət yarandıqda isə daha tez-tez yuyulmalı, təmizlənməli və dezinfeksiya edilməlidir.

Bunun üçün xüsusi dezinfeksiyaedici məhlullar mövcuddur. Məsələn, D7 kimi tanınan dezinfeksiyaedici vasitələrdən istifadə oluna bilər. Lakin seçilən vasitənin qida ilə təmasda olan səthlər üçün uyğunluğu nəzərə alınmalı və istifadə qaydalarına əməl edilməlidir.

Təəssüf ki, bu gün qida çatdırılması zamanı həmin gigiyenik qaydalara hər zaman əməl olunduğunu görmürük. Bəs burada təhlükə varmı? Əlbəttə, var. Ancaq nəzərə almaq lazımdır ki, yeməklər əsasən qapalı qablarda daşınır. Yəni qidalar açıq şəkildə deyil, ağzı bağlı qablaşdırmalarda çatdırılır. Bu da birbaşa çirklənmə ehtimalını müəyyən qədər azaldır.

Bununla belə, çarpaz çirklənmə riskini nəzərdən qaçırmaq olmaz. Çünki qablaşdırmanın xarici səthində olan mikroorqanizmlər sonradan insanın əlləri vasitəsilə qidaya keçə bilər. Nəticədə qida zəhərlənməsi və digər sağlamlıq problemləri yarana bilər.

Ona görə də qida çatdırılması ilə məşğul olan şirkətlər həm yeməklərin düzgün qablaşdırılmasına, həm də kuryer çantalarının təmizliyinə ciddi nəzarət etməlidirlər. Qidaların təhlükəsiz daşınması üçün gigiyenik qaydalara əməl olunması vacib şərtlərdən biridir.

Çarpaz çirklənmə dedikdə, məsələn, kuryer çantasından qida qablaşdırmalarına keçən bakteriyalar nəzərdə tutulur. Bu bakteriyalar qablaşdırmanın üzərinə düşdükdən sonra müəyyən yollarla yeməyə də keçə bilər. Nəticədə qidanın çirklənməsi və insan sağlamlığı üçün təhlükə yaranması ehtimalı artır.

Ona görə də çatdırılma üçün nəzərdə tutulan yeməklərin düzgün və təhlükəsiz qablaşdırılması vacibdir. Xüsusilə şorba və digər maye yeməklərin daşınması zamanı sızmanın qarşısını alan, ağzı kip bağlanan qablardan istifadə edilməlidir. Uyğun məhsullar üçün vakuum qablaşdırma da məqsədəuyğun ola bilər.

Lakin bütün yeməkləri vakuumla qablaşdırmaq mümkün və ya məqsədəuyğun deyil. Məsələn, pizzanı vakuumlamaq praktik baxımdan uyğun deyil. Buna baxmayaraq, pizza öz qutusunda, gigiyenik qaydalara və müvafiq temperatur şəraitinə əməl olunmaqla daşınmalıdır.

Ümumilikdə, qidaların kuryerə təhvil verilməzdən əvvəl düzgün qablaşdırılması, daşınma zamanı qablaşdırmanın bütövlüyünün qorunması və çarpaz çirklənmənin qarşısının alınması əsas tələblərdəndir. Bu qaydalara əməl edilməsi qida təhlükəsizliyinin təmin olunması və mümkün zəhərlənmə hallarının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır”.

Ekspert qeyd edib ki, qida qalıqlarının kuryer çantasında qalması çirklənmə zəhərlənmələrə və müxtəlif qida mənşəli infeksiyalara səbəb ola bilər:

“Ümumiyyətlə, bir çox hallarda kuryerlər gördükləri işin nə qədər böyük məsuliyyət daşıdığını tam dərk etmirlər. Onlar düşünürlər ki, yeməyi bir məntəqədən götürüb digər ünvana çatdırmaqla vəzifələri başa çatır. Halbuki məsələ yalnız qidanın bir ünvandan digərinə daşınmasından ibarət deyil. Kuryerlər insanların birbaşa istehlak edəcəyi qida məhsullarını daşıyırlar. Buna görə də onların üzərinə ciddi məsuliyyət düşür.

Qida təhlükəsizliyində məhsulların düzgün mühafizəsi və saxlanılması mühüm əhəmiyyət daşıyır. Bu, yalnız anbarlarda və soyuducularda saxlanılan məhsullara deyil, kuryerlərin istifadə etdikləri termal çantalarda daşınan yeməklərə də aiddir. Qidalar istehlakçıya çatdırılanadək müvafiq temperaturda və gigiyenik şəraitdə saxlanılmalıdır. Hər bir kuryer bu qaydaları bilməli və onlara əməl etməlidir.

Məsələn, daşınma zamanı toyuq ətinin suyu kuryer çantasına axarsa və həmin maye üç-dörd saat orada qalarsa, bakteriyaların çoxalması üçün əlverişli şərait yarana bilər. Çanta vaxtında təmizlənmədikdə isə növbəti sifarişlərin daşınması zamanı çarpaz çirklənmə riski meydana çıxır. Nəticədə həmin çantada daşınan digər qidalar da bakterial çirklənməyə məruz qala bilər.

Bu cür çirklənmə qida zəhərlənmələrinə və müxtəlif qida mənşəli infeksiyalara səbəb ola bilər. Xüsusilə çiy ət və digər qida məhsullarından sızan mayelər çantanın daxilində qaldıqda, sonradan daşınan yeməklərin qablaşdırmalarını çirkləndirə bilər. Bu isə qida təhlükəsizliyi baxımından ciddi risk yaradır.

Ona görə də kuryerlər öz vəzifələrini yalnız yeməyi ünvana çatdırmaqla məhdudlaşdırmamalıdırlar. Onlar istifadə etdikləri çantaların gündəlik təmizlənməsinə, zərurət yarandıqda dezinfeksiya edilməsinə və gigiyenik vəziyyətinə də nəzarət etməlidirlər.

Eyni zamanda, daşınan qidaların düzgün temperatur şəraitində saxlanılması təmin olunmalıdır. Çünki qida təhlükəsizliyi yalnız məhsulun hazırlandığı müəssisədə deyil, onun istehlakçıya çatdırılması prosesində də qorunmalıdır.

Bir sözlə, kuryerlər qida təhlükəsizliyi zəncirinin mühüm iştirakçılarıdır. Onların məsuliyyətli davranması, gigiyenik qaydalara riayət etməsi və yeməkləri uyğun şəraitdə daşıması çarpaz çirklənmənin, bakteriyaların yayılmasının və qida zəhərlənmələrinin qarşısının alınmasında mühüm rol oynayır”.

Sözügedən halla məsələdə monitorinqlərin aparılması ilə bağlı AQTA-ya da sorğu ünvanlasaq da, hələ ki, cavab almamışıq. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Oktyabr 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see660

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see431

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see386

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see276

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see269

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see267

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see251

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see237

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see231

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see218

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see211

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see210

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see208

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see203

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see192

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see192

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see186

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri