Icma.az
close
up
RU
Üzüm yarpaqlarının saysız faydaları öskürək, şəkər, varikoz, babasil...

Üzüm yarpaqlarının saysız faydaları öskürək, şəkər, varikoz, babasil...

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Üzüm yarpaqları keçmişdə müalicəvi vasitə kimi ishalın, ürək xəstəliklərinin, diş və qarın ağrılarının, qanaxmaların müalicəsində istifadə olunurdu.

- Üzüm yarpaqlarının dəmləməsi öskürək zamanı yaxşı kömək edir - bəlğəmi duruldur və nəfəs yollarından çıxmasına kömək edir. Dəmləməni hazırlamaq üçün 5-7 təzə üzüm yarpağının üzərinə 1 stəkan qaynar su əlavə olunur və 30 dəqiqə ərzində dəmlənilir. Dəmləməni gün ərzində ilıq vəziyyətdə qəbul etmək lazımdır.

- Həmçinin belə dəmləmə qanda şəkərin səviyyəsini aşağı salmağa kömək edir.

- Saglamolun.az bildirir ki, üzüm yarpaqları antimikrob təsirinə malikdir. Üzüm yarpaqlarının çeynəməsi ağız boşluğunda mikrobların sayını azaldır, pis qoxunu aradan qaldırır, kariesin və damaq iltihabların riskini azaldır.

- Üzüm yarpaqlarının dəmləməsi damaqları möhkəmləndirir və bu səbəbdən həssas damaqların müalicəsində yaxşı kömək edir. Dəmləmə ilə gün ərzində bir neçə dəfə ağız boşluğunu qarqara edin.

- Ürəkbulanması zamanı üzüm yarpağını çeynəyin - bu xoşagəlməz hissləri azaldır. Bu xüsusilə toksikozdan əziyyət çəkən hamilə qadınlar üçün aktualdır.

- İshal zamanı da üzüm yarpaqlarının dəmləməsi yaxşı müalicəvi təsir edir, bağırsaqları "yığır".

- Üzüm yarpaqlarının dəmləməsi varikoz xəstəliyi zamanı da kömək edir - damarların divarlarını möhkəmləndirir, ayaqlarda ödemləri azaldır. Bunun üçün dəmləmədə tənzif isladıb ayaqlara qoymaq lazımdır.

- Xalq təbabətində üzüm yarpaqlarının dəmləməsi podaqra zamanı da istifadə olunur (həm daxilə, həm də islatmalar şəklində).

- Babasildən əziyyət çəkən insanlar üzüm yarpağının dəmləməsi ilə vannalar (oturaq vəziyyətdə) edə bilər və ya düyünlər nahiyəsinə dəmləmədə isladılmış tənzif qoyub bir qədər saxlaya bilər.

- Üzüm yarpaqlarından hazırlanmış çay çox xeyirlidir. Çay hazırlamaq üçün 2-3 təzə yarpaq götürüb üzərinə 1 fincan qaynar su əlavə edin, 15 dəqiqə ərzində dəmləyin və için. Belə çay antioksidant maddələrlə zəngindir. Antioksidant maddələr orqanizmdə gedən qocalma prosesləri ləngidir, orqanizmdən ziyanlı maddələri xaric edir. Çayın dadını yaxşılaşdırmaq üçün zövqə görə bal və limon əlavə etmək olar.

- Üzüm yarpaqları dəri üçün də çox faydalıdır. Onlar üz dərisini cavanlaşdırır, yumşaldır, yağlı dəridə məsamələri kiçildir. Maska hazırlamaq üçün üzüm yarpaqlarını blenderdə xırdalayın, 1 çay qaşığı limon şirəsi və 1 çay qaşığı bal əlavə edin və təmiz üz dərisinə çəkin.  20 dəqiqə saxlayın və ilıq su ilə yuyun.

Cavanlaşdıran maska: blenderdə xırdalanmış üzüm yarpaqları + 1 çay qaşığı ərik yağı + hərəsindən 5 damcı A və E vitaminləri (apteklərdə satılır). Yaxşı qarışdırın və təmiz üz dərisinə 20 dəqiqə ərzində saxlayıb ilıq su ilə yuyun və istənilən qidalandırıcı krem çəkin.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri