Icma.az
close
up
RU
Şabalıdın bilmədiyimiz faydaları varikoz, öskürək, iltihablar...

Şabalıdın bilmədiyimiz faydaları varikoz, öskürək, iltihablar...

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dadlı və qidalı meyvəsinə, yüksək keyfiyyətli oduncağına görə böyük əhəmiyyət kəsb edən şabalıd qiymətli meyvə bitkisi olmaqla yanaşı, həm də bir çox xəstəliklərin profilaktikasında və müalicəsində əla vasitədir.

Şabalıdın meyvəsi karbohidratlar və zülallarla zəngindir.

Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzun illik elmi araşdırmaların müəllifi Zaur Həsənov Azərtac-ın bölgə müxbirinə müsahibəsində şabalıdın faydaları, bu meyvə ilə qidalanma və ondan müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.

Zaur Həsənov bildirib ki, şabalıd meyvəsinin ləpəsində nişasta, şəkərlər, zülal, yağ, üzvi (alma və limon) turşular, vitaminlər, fermentlər var. Tam yetişməmiş meyvələrdə 1500 milliqram C vitamini olur.

Təzə halda şabalıd meyvələrinin kaloriliyi hər 100 qram meyvə üçün 166 kilokalori təşkil edir. Şabalıd ləpəsi təzə halda yeyilməkdən başqa qızardılır, suda pörtlədilir, qovrulduqdan sonra üyüdülərək qənnadı məmulatları hazırlamaq üçün unla qarışdırılır. Şabalıd bir sıra milli xörəklərin hazırlanmasında çərəz kimi də işlədilir. Yarpaqlarında qlükozidlər, pektin və dabbaq maddələri, K vitamini vardır. Oduncağı, gövdə qabığı, tumurcuq və yarpaqları 10-16 faiz dabbaq maddələrinə malikdir.

Xalq təbabətində şabalıdın yarpağından, oduncağından, gövdə qabığından, tumurcuğundan hazırlanmış həlim və ya dəmləməsi büzüşdürücü, yarasağaldıcı və yanığa qarşı vasitə kimi istifadə olunur. Eyni zamanda, yarpaq həlimi və ya dəmləməsi daxili qanaxmalar zamanı faydalı sayılır.

Quru meyvə həlimi və yarpaq dəmləməsi yuxarı nəfəs yolları xəstəliyi, təzə yarpaq dəmləməsi isə göyöskürək zamanı işlədilir. Qurudulmuş çiçəklərin spirt məhlulu xroniki dizenteriya və sidik kisəsinin iltihabı zamanı tətbiq olunur.

Təzə meyvə ləpəsi qan damarlarının varikoz genişlənməsi, kəskin ağrılı və xroniki tromboflebit, baldırlarda trofik yaralar, artrit, ateroskleroz, xırda qan damarlarının tromboemboliyası zamanı faydalıdır.

Şabalıd ləpəsi zəifləmiş orqanizm üçün faydalıdır. Ondan acqarına yeyilməklə qurdqovucu vasitə kimi istifadə edilir.

Şəkərli diabet xəstəliyi olanlara şabalıd məsləhət görülmür.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2076

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see270

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see226

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see186

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see177

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see147

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see138

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see130

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri