Icma.az
close
up
RU
Üzümü qabıqlı yeyin Qocalığı gecikdirən DOQQUZ MƏHSUL

Üzümü qabıqlı yeyin Qocalığı gecikdirən DOQQUZ MƏHSUL

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

Qocalmanı yavaşlatmağa qida lifləri və antioksidantlarla zəngin olan məhsullar - giləmeyvələr, yaşıl çay, kakao, portağallar, almalar, nar, albalı, brokkoli və qabıqlı üzüm kömək edir. Bu barədə amerikalı immunoloq Helen Messye "WelnessPulse" nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, uzunömürlülüyün dörd sütunu xəstəliklərin erkən diaqnostikası, orqanizmdə iltihabla mübarizə, əqli və fiziki dözümlülüyün inkişafı, həmçinin ürək-damar və metabolik sağlamlığın qorunmasıdır.

"Gəncliyi qorumaq üçün ən vacib vərdişlər gündəlik fiziki aktivlik, keyfiyyətli yuxu, stresə nəzarət, ünsiyyət və tam dəyərli qidalanmadır", - deyə o əlavə edib.

Doktor Messyenin sözlərinə görə, sağlam illəri uzatmaq istəyən insanların rasionunda mütləq bitki mənşəli qidalar olmalıdır.

"Eyni zamanda, doqquz məhsulun istehlakına xüsusi diqqət yetirilməlidir. 2023-cü ildə Cənubi Koreya alimlərinin apardığı tədqiqat göstərib ki, yaşla əlaqəli dəyişiklikləri yaşıl çay, kakao, giləmeyvələr, portağallar, almalar və qabıqlı üzüm, nar, albalı, brokkoli yavaşlada bilər. Bu məhsullarda şəkər və yağ az olsa da, onlar faydalı qida lifləri və antioksidantlarla zəngindir", - deyə immunoloq vurğulayıb.

Həkim əlavə edib ki, göstərilən məhsulların aşkar faydasına baxmayaraq, yalnız onlarla kifayətlənmək lazım deyil.

"Uzunömürlülük üçün həm giləmeyvələr, həm də qoz-fındıq, paxlalılar, tam taxıl və zülal daxil olan balanslaşdırılmış qidalanma vacibdir", - deyə ekspert sözlərini yekunlaşdırıb.

Oxu.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://pravda.az
archiveBu xəbər 09 Aprel 2025 07:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see138

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see123

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see122

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see120

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see117

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see117

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see117

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see117

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see116

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

“Pul var, sülh yoxdur!” Cey Di Vensdən sabiq prezidentə tənqid

09 İyun 2025 00:01see112

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see112

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri