Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“Həkim məsləhəti” rubrikamızda

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

60 yaşdan sonra bu qidaları yeməyin MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Quba rayonunda kənd təsərrüfatı subyektlərinə baxış keçirildi FOTO

Qərbi Azərbaycan kəndi Yaycı kəndi

Qərbi Azərbaycan kəndi Yaycı kəndi

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 10 iyun, AZƏRTAC

Qərbi Azərbaycanın Yaycı kəndi Zəngəzur regionunda yerləşir. Yaycı kəndi keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının, Gorus rayonu ərazisində yalnız türklərin yaşadıqları inzibati yaşayış məntəqəsi olub. Yaycı kəndi, Vilayət mərkəzi Qafan şəhərindən 79 kilometr şimalda, dəniz səviyyəsindən 1730 metr hündürlükdə yerləşir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1968-ci il 3 iyul tarixli fərmanı ilə Yaycı kəndinin adı dəyişdirilərək “Harjis” qoyulub. 1995-ci il noyabrın 7-də qəbul edilmiş “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” Qərara əsasən, mərkəzi Qafan şəhəri olmaqla, Gorus, Mehri, Qarakilsə, Kacaran, Aqarak və Dəstkert şəhərlərini əhatə edən Qərbi Zəngəzur bölgəsi bütövlükdə Sünik vilayətinin inzibati ərazisinə daxildir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, Yaycı adlı kəndlər Qərbi Azərbaycanın Dərələyəz, Dərəçiçək, Sürməli, Zəngəzur, Ağcaqala eləcədə Naxçıvan Muxtar Respublikasında üç Yaycı kənd, Türkiyənin İğdır ərazisində Yaycı adlı yaşayış məntəqəsi hazırda mövcuddur. Toponim yaycı Türk tayfasının adı əsasında yaranıb. Türkiyəli alim Nihat Çətinkaya İğdırdakı Yaycı kənd adının etimologiyasına toxunaraq “İğdır tarixi” adlı əsərində yazır ki, yaz vaxtı heyvanlarla yaylağa köçən, yayılan, yaylaqçı türklərə “yaycı” deyilib. Firudin Rzayev qeyd edir ki, Yaycı sözü yay-çı kimi qəbul etsək, müasir dilimizin “hazırlayan” və ya “yay düzəltməklə məşğul olan” anlamı üzərində dayanmalıyıq. Qədim Türk şamanlarda – qamlarda irəlini görmək üçün icra olunan ayinlərdə yaydan müqəddəs bir əşya kimi istifadə olunurdu və bu işlə məşğul olanlara, yəni irəlini görənlərə, olacağı xəbər verənlərə “yaycı” deyirdilər. Elmi qaynaqlarda bir daha qeyd olunduğu kimi, Yaycılar mənşəcə oğuz tayfalarından hesab olunurlar. Onların bir qismi XII-XIII əsrlərdə Azərbaycana gəliblər. Yaycı kənd adları eyniadlı tayfa adından yarandığı üçün etnooykonimdir. Beləliklə, Yaycı haqqında birmənalı olmayan fikir formalaşıb.

F.İsmayılov qeyd edib ki, Yaycı kəndinin IX-XII əsirlərdə yarandığı təxmin edilsə də, kəndin ərazisindəki qəbirüstü abidələr, bədii daş nümunələri və memarlıq qurğuları kəndin IV-VIII əsrlərdən mövcud olduğu ehtimalını yaradır. Kəndin əzəli sakinləri yalnız türkdilli etnoslar olub. XX əsrin əvvəllərində Çar Rusiyasının təşəbbüsü ilə bu ərazidə məskunlaşdırılan ermənilər, kənddən Türk əhalinin zorla çıxarılmasına nail olublar. Ermənilər tərəfindən onların əmlakları zorla əllərindən alınıb, evləri sökülərək kəndləri xarabalığa çevrildi. Hazırda bu yaşayış evlərinin xarabalıqları, tarix və mədəniyyət abidələrinin qalıqları turistik baxımdan indiki Ermənistan Respublikasına böyük gəlir gətirir. 100 ildən çox sahibsiz qalan bu kəndin ərazisindəki tarix və mədəniyyət abidələri, yaşayış evləri, inzibati binalar öz unikallığı ilə xüsusi olaraq seçilir. Yaycı kəndinin mərkəzində alban memarlıq üslubunda inşa edilmiş, üçnefli, tavan tağlı bir bazilika yerləşir. Arxeoloji və memarlıq xüsusiyyətlərinə əsasən, bu dini tikilinin XII-XIII əsrlərdə Səlcuqlar tərəfindən kəndin sosial problemlərinin həllinə xidmət məqsədilə inşa edildiyi ehtimal olunur. Binanın plan quruluşu və memarlıq detalları bu fikri dəstəkləyir. Təəssüf ki, uzun illər baxımsız qaldığı üçün bazilika hazırda yararsız vəziyyətə düşüb.

AMEA-nın əməkdaşı qeyd edib ki, Yaycı kəndinin yerləşdiyi Bazarçay dərəsi, Tatev monastırından başlayaraq, orta əsrlərə aid körpü, ibadətgahlar, karvansara, at, qoç fiqurları və ermənilər tərəfindən etnik təmizləməyə məruz qalaraq xarabalığa çevrilən və öz xarabalığı ilə də göz oxşayan yaşayış evləri var. Yaycı kəndi ərazisində hələ tədqiq edilməmiş Azərbaycanın xeyli sayda tarix və mədəniyyət abidələri mövcuddur. Bu abidələrdən biri kəndindən iki kilometr cənub-şərqdə, Bazarçay çayının sol sahilində yerləşən türbədir. Binanın memarlıq quruluşu öz unikallığı ilə xüsusi diqqət çəkir. Abidə yerli bazalt daşlar və əhəng məhlulu ilə düzbucaqlı planda, damı tağlı, ikikameralı unikal binadır. Dəfn yeri hündür bir təpənin üstündə tikilib. Binanın Şərq tərəfi dərin uçurumla əhatələnib, Cənub divarında kiçik pəncərə var.

O deyib ki, dəfn yerinin əsas kamerasının tağla tamamlanan iki giriş qapısı var. Digər kameranın girişi Şimal tərəfə açılır. Hər kamerada bir məzar var. Hər iki məzarın daşları Oğuz-Türk elementləri ilə bəzədilib. Kameranın divarlarının alban xaçlarının klassik nümunələri ilə bəzədilməsi binaya hüznlü bir görkəm verir. Hələ tədqiq olunmadığından, bu maraqlı abidə haqqında heç bir rəsmi məlumat yoxdur. Bu dəfn yerinin kimlər tərəfindən tikildiyi, orada kimin dəfn edildiyi barədə elmə heç nə məlum deyil.

“Qərbi Azərbaycan (indiki Ermənistan) ərazilərində haqqında heç bir məlumat olmayan belə abidələrin çoxluğu ermənilərin bu sahədə manipulyasiya etmələrinə şərait yaradır. Ərazidən azərbaycanlıların tarixi izlərini silmək, əsl həqiqətləri gizləmək üçün şaiyələr, rəvayətlər uydurur, bu torpaqların əzəli sakinlərinin həmin ərazilərdə yaşamalarına şübhələr yaratmağa çalışırlar. Bu dəfn yeri haqqında da erməni mənbələri belə bir yalan informasiya yayırlar ki, guya burada dəfn olunan şəxs Alaniya Kralıdır. O zaman belə bir sual yaranır, Alaniya Kralının bu qədər uzaq məsafədən Zəngəzurun gediş-gəliş üçün çətin olan ucqar bir kəndinə gətirilib dəfn edilməsinə səbəb nə olub? Bu sualın izahı erməni yalanını açıq aşkar ifşa edir. Belə ki, Alaniyanın tarixdə məlum olan ilk adı Coracesiumdur. Eramızdan əvvəl IV əsrdə farslar tərəfindən işğal edildikdən sonra dəniz quldurları üçün sığınacağa çevrildi. Eramızdan əvvəl 139-cu ildə Selevkilər imperiyası şəhəri işğal etdi. Ancaq bundan sonra da şəhər dəniz quldurları üçün sığınacaq olmaqdan xilas ola bilmədi. Şəhər eramızdan əvvəl 65-ci ildə Roma sərkərdəsi Qney Pompei Maqnus tərəfindən Roma İmperatorluğuna birləşdirildi. Xaçlı orduları 1204-cü ildə İstanbulda Latın İmperatorluğunu qurduqdan sonra Anadoluda hakimiyyət boşluğu yarandı. Şəhər 1221-ci ildə Anadolu Səlcuqlu Sultanı Əlaəddin Keykubat tərəfindən ələ keçirildi. Sultan Əlaəddin Keykubat öz feodal ağası Kır Vartın qızı ilə evləndi, şəhəri abadlaşdıraraq qış paytaxtı elan etdi. O, şəhərin adını Alaiye qoydu. 1300-cü ildə Anadolu Səlcuqlarının parçalanmasından sonra şəhər Qaramanlılar bəyliyinin hakimiyyəti altına keçdi. Konyada yerləşən Qaramanlılar 1427-ci ildə şəhəri 5 min qızıl sikkəyə Misir Məmlük Sultanlığına satdılar. Nəhayət, Anadoluda birliyin qurulması və Osmanlı Bəyliyinin yüksəlişi ilə Alaiye 1471-ci ildə Fateh Sultan Mehmetin sərkərdələrindən Gedik Əhməd Paşa tərəfindən Osmanlı İmperatorluğuna birləşdirildi. Osmanlı İmperatorluğu dövründə Alaiye əvvəlcə 1571-ci ildə Kipr vilayətinə, 1864-cü ildə Konya vilayətinə, 1868-ci ildə Antalya sancağına və nəhayət 1871-ci ildə Antalyanın bir mahalına çevrildi. Bu səbəbdən Alaniya xəyali kralının Yaycı kəndində dəfn edilməsi yalan və iftiradan başqa bir şey deyildir. Məlum olduğu kimi, Yaycı böyük tarixi əhəmiyyətə malik qədim Azərbaycan kənddir. Kənd Qoris-İrəvan magistral yolunun altı kilometr qərbində yerləşir. Yaycı kəndi Şərqdən, Şimaldan və Qərbdən vulkanik təpələr və dağlarla əhatə olunub. Cənubdan Bazarçay dərəsinə enən keçilməz şaquli qayalıqla əhatə edilib”, - deyə F.İsmayılov vurğulayıb.

Onun sözlərinə görə, Yaycı kəndinin yalnız azərbaycanlılardan ibarət olan sakinləri maldarlıq və əkinçiliklə məşğul olurdular. Onlar Naxçıvan, Qarabağ və digər regionların yaşayış məntəqələri ilə ticarət əlaqələri saxlayıblar və bu fəaliyyətlərini Yaycı yolunda tikilmiş karvansara vasitəsilə həyata keçiriblər. Karvansaralar Asiya, Şimali Afrika və Cənub-Şərqi Avropanı, xüsusilə də İpək Yolu ərazisini əhatə edən ticarət yolları şəbəkəsi üzrə ticarət, məlumat və insanların hərəkətini təmin edən infrastruktur idi. Çox vaxt kənd yerlərində, kənd yolları boyunca yerləşən karvansaraların şəhər variantları da tarixən Qərbi Azərbaycan ərazilərində olduğu kimi İslam dünyasının bütün şəhərlərində yayılıb və çox vaxt xanagah, qonaq evi və başqa adlarla da adlandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see322

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see272

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see266

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see245

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see242

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see242

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see229

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

14 Sentyabr 2026 20:28see199

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

14 Sentyabr 2026 19:09see189

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see188

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see187

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see186

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see185

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see176

60 yaşdan sonra bu qidaları yeməyin MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR

14 Sentyabr 2026 17:33see175

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see172

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see170

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see169

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see167

Quba rayonunda kənd təsərrüfatı subyektlərinə baxış keçirildi FOTO

14 Sentyabr 2026 18:44see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri