Uzun illər boyunca formalaşmış gizli şəbəkənin strukturu ifşa olunacaq
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Mehdiyev–Kərimli hadisəsi təkcə fərdi siyasi ziddiyyət deyil, ölkənin demokratik institutu, ictimai etimad və dövlətin milli maraqları baxımından kritik əhəmiyyətə malikdir".
Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, bu məsələnin araşdırılması və qanunun aliliyinin qorunması gələcək siyasi sabitlik və demokratiyanın inkişafı üçün vacibdir:
"Həmçinin, bu proses ictimaiyyətə xəbərdarlıq edir ki, siyasi fəaliyyətin şəffaf və milli maraqlara uyğun olması demokratik sistemin əsas şərtidir.
Bunları nəzərə alaraq deyim ki, hazırda aparılan araşdırmaların nəticəsi yalnız konkret şəxslərin məsuliyyətini üzə çıxarmayacaq, həm də uzun illər boyunca formalaşmış gizli şəbəkənin strukturu və xarici təsirlərin mənbələri açıq şəkildə ifşa olunacaq".
Politoloq qeyd edib ki, bu proses milli təhlükəsizliyin gücləndirilməsi və gələcəkdə siyasi mühitin daha şəffaf və sabit olması baxımından böyük əhəmiyyət daşıyır.
Süleyman
Bu mövzuda digər xəbərlər:“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”
18 Oktyabr 2025 23:45
İran sanksiyalardan belə yayınırmış Gizli şəbəkənin detalları
29 Oktyabr 2026 17:16
Ölkəboyu ehsan ləğvi: “Uzun illər əhali arasında formalaşmış...”
30 İyul 2025 17:27
DTX hansı şəbəkənin izinə düşüb?
11 Avqust 2026 18:24
Putin şəbəkənin əməliyyatlarını düzəltmək qərarına gəldi...
01 İyun 2026 20:55
Baxış sayı:152
Bu xəbər 11 Dekabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















