Icma.az
close
up
RU
Uzun iş saatları yüksək təzyiqi artıra bilər

Uzun iş saatları yüksək təzyiqi artıra bilər

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Uzun iş saatları yüksək təzyiq ehtimalını artıra bilər.

ABŞ-da bununla bağlı araşdırma aparılıb.

Araşdırmada Kanadanın Kvebek əyalətindəki üç dövlət müəssisəsində 3500-dən çox işçi müayinə olunub. Nəticədə isə həftədə 49 saat və daha çox işləyənlərdə yüksək təzyiqə tutulma ehtimalının 70 faiz, yüksək təzyiq riskinin isə 66 faiz artdığı müşahidə edilib.

Nəticələri Amerika Ürək Dərnəyinin “Hipertoniya” jurnalında dərc edilən araşdırmada müəyyənləşib ki, uzun iş saatları yüksək qan təzyiqi riskini, o cümlədən hipertoniya riskini artıra bilər ki, bu da işçilərdə yoxlamalar zamanı aşkarlana bilməz. Bəs həftədə 41-48 saat işləmək necə? Həmçinin məlum olub ki, həftədə 41-48 saat işləmək hipertoniya ehtimalını 54 faiz, hipertoniya riskini isə 42 faiz artıra bilər. Bildirilib ki, araşdırmada iş stressi, yaş, təhsil səviyyəsi, məşğuliyyət, siqaret, bədən kütləsi indeksi və digər sağlamlıq amilləri də qiymətləndirilib.

Tədqiqat qrupunun rəhbəri Laval Universitetinin professoru Xavier Trudelin sözlərinə görə, insanlar bilməlidirlər ki, uzun iş saatları onların sağlamlığına təsir edir və əgər onlar uzun müddət işləyirlərsə, həkimlərindən qan təzyiqinə nəzarəti xahiş etməlidirlər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 1 milyarddan çox hipertoniya xəstəsi var. Yüksək qan təzyiqinin ürək xəstəlikləri, insult və bəzi hallarda ölüm ehtimalını artırdığı da qeyd olunur. (Azərtac)

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Aprel 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see189

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see185

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see182

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see155

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see127

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri