Icma.az
close
up
RU
Uzun məsafəli uçuşlar üçün təyyarə yığıldı Havada 22 saat qala biləcək

Uzun məsafəli uçuşlar üçün təyyarə yığıldı Havada 22 saat qala biləcək

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avstraliyanın "Qantas" hava şirkəti "Sunrise" layihəsini reallaşdırmaq üçün mühüm addım atıb. Layihənin məqsədi Avstraliyadan Londona və Nyu-Yorka birbaşa, dayanmadan uçuşların təşkili ilə bağlıdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, Tuluza zavodunda proqramın ilk təyyarəsi - nəhəng "Airbus A350-1000ULR" yığılıb. Təyyarə hazırda tikintinin son mərhələsindədir.

Mühəndislər artıq gövdənin əsas bölmələrini birləşdirib, qanad, quyruq hissəsi və təkər dəstini quraşdırıblar. İlk təyyarənin təhvil verilməsi gələn ilin ikinci yarısında planlaşdırılır.

A350-1000ULR "Qantas" tarixində ən uzun məsafəli sərnişin təyyarəsi olacaq. Gözlənilir ki, təyyarə 22 saata qədər havada qala biləcək (Melburn – Nyu-York məsafəsi təxminən 16 700 km). Bunun üçün təyyarəyə əlavə mərkəzi yanacaq çəni quraşdırılıb, həcmi 20 000 litrdir.

Təyyarədə yalnız 238 yer olacaq, digərlərindəki A350-1000-lərlə müqayisədə bu say təxminən 400-dür. Bunun əvəzinə "rifah zonası” üçün yer ayrılıb.

Uzun məsafəli hava nəqliyyatı: əsas məqamlar

"Qantas"ın dünyanın ən uzun məsafəli uçuşunu təşkil edəcəyi barədə bir il əvvəl məlumat verilib. O zaman "Airbus A350" istifadə olunacağı qeyd edilmişdi. Bu, A330 və A340 əvəzinə "Airbus" tərəfindən hazırlanmış geniş gövdəli uzun məsafəli sərnişin təyyarələr ailəsidir. İlk uçuş A350 2013-cü ildə həyata keçirilib.

Qeyd edək ki, 2019-cu ildə "Qantas" təyyarəsi Londondan Sidneyə dayanmadan uçuş həyata keçirib.

Kütləvi informasiya vasitələrinin yazdığına görə, "Boeing-787-9 Dreamliner" test uçuşu zamanı 19 saat 19 dəqiqə havada qalıb və bu müddətdə 17,8 min km məsafə qət edib. Uçuş zamanı təyyarədə yalnız 50 nəfər olub, halbuki təyyarə 250-dən çox sərnişini daşıya bilər.

Ekspertlərin fikrincə, yeni A350-1000ULR təyyarəsinin istifadəyə verilməsi "Qantas" üçün yeni imkanlar açacaq və "Airbus"a "Boeing" ilə qlobal rəqabətdə əlavə üstünlük verəcək.

Qeyd edək ki, əvvəllər "Airbus" A320 sərnişin təyyarəsi ən çox istehsal olunan təyyarə olub və əsas rəqibi – ABŞ istehsalçısı "Boeing 737"ni geridə qoyub. Həmçinin, ABŞ-ın son nəsil səsdən sürətli təyyarəsi X-59 ilk uçuşunu həyata keçirib. Proqramın məqsədi səsdən sürətli təyyarələrin səs-küyünü ciddi şəkildə azaltmaq texnologiyalarını inkişaf etdirməkdir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Noyabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri