Icma.az
close
up
RU
Uzun müddət idi ki, Mingəçevir azarkeşlərinə qələbə bəxş edə bilmirdi Füzuli Məmmədov

Uzun müddət idi ki, Mingəçevir azarkeşlərinə qələbə bəxş edə bilmirdi Füzuli Məmmədov

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Birinci Liqanın 15-ci turu çərçivəsində bu gün keçirilən matçda “Baku Sporting” ilə qarşılaşan "Mingəçevir" 1:0 hesablı qələbə qazanıb. Matçın ardından "işıqçılar"ın baş məşqçisi Füzuli Məmmədov Fanat.Az-a açıqlama verib.

"Şəhərlilər"in "sükanı arxası"nda rəsmi matçda ilk zəfərini reallaşdıran mütəxəssis belə danışıb:

"Əvvəlki matçlara olduğu kimi, bu oyuna da ciddi hazırlaşmışdıq. Rəqibi detallı şəkildə təhlil etmişdik. Necə hücum qurduqları, necə müdafiə olunduqları barədə oyunçulara tam şəkildə məlumat vermişdik. Hava şəraiti pis olsa da, futbolçularımız meydanda əzmkarlıq göstərdilər. Müdafiədə mümkün qədər səhvsiz oynamağa çalışdılar. Düzdür, hücumda bir qədər çətinlik çəkirdik. Bunu təbii ki, həm hava şəraiti, həm də rəqibin müdafiə xəttinin inamlı çıxışı ilə əlaqələndirməliyik. Uşaqlar sonadək mübarizə apardılar. Yaradılan epizodu qola çevirərək qələbə qazandıq. Bu qələbə münasibəti ilə öncə bizdən qələbə gözləyən azarkeşlərimizi təbrik edirəm. Uzun müddət idi "Mingəçevir" azarkeşlərinə qələbə bəxş edə bilmirdi. Şadam ki, bu oyunda qələbə qazanıb onları sevindirə bildik. Futbolçularımı təbrik edirəm. Oyundan-oyuna verilən tapşırıqları daha yaxşı şəkildə anlamağa başladıqları hiss olunur. Vaxt keçdikcə özünəinamları artır. İndi oyunçularımız daha detallı, daha ağıllı, daha əzmkar oyun sərgiləyirlər. Eyni zamanda rəhbərliyi, bu qələbədə payı olan hər kəsi təbrik edirəm".

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://fanat.az
archiveBu xəbər 20 Fevral 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri